Icma.az
close
up
RU
Azərbaycan ərazisi təhlükə altındadır AÇIQLANDI

Azərbaycan ərazisi təhlükə altındadır AÇIQLANDI

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ərazisinin 15 %-i quraqlıq, 6 %-i isə səhralaşma təhlükəsi altındadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfransda bildirib. Tədbir Azərbaycan və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Nazir müavini vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların azalması və su qıtlığının artması ilə müşahidə olunur. Bu isə kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır:

“Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda su təchizatının yaxşılaşdırılmasından asılıdır. Məhsul istehsalını artırmaq üçün mövcud su, torpaq və iqlim resurslarından daha səmərəli istifadə edilməli, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri görülməli və müasir su təchizatı texnologiyalarından effektiv istifadə təmin olunmalıdır”.

Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında qeyd edib ki, qlobal istiləşmə və quraqlıq, xüsusilə aqrar sektora, dolayısı ilə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. O əlavə edib ki, kənd təsərrüfatı Naxçıvan iqtisadiyyatının əsasını təşkil edir və buna görə də ətraf mühitin qorunması, yaşıllıqların artırılması və su ehtiyatlarının səmərəli istifadəsi muxtar respublika üçün prioritet məsələlərdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova çıxışında bildirib ki, məqsəd COP29 konfransından sonra iqlim dəyişikliyi ilə bağlı tədbirlərin müzakirəsini aparmaqdır. O qeyd edib ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq üçün praktik addımların atılması zəruridir.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov vurğulayıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan qlobal ekoloji problemlərin həllinə mühüm töhfələr verir. O əlavə edib ki, ölkədə son 30 ildə orta illik havanın temperaturu 0,9 dərəcə artıb, yağıntılar isə 4 % azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə əlaqəli problemlərdir və kompleks şəkildə həll edilməlidir. Bu kontekstdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi mühüm vəzifə kimi müəyyən edilib.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxış ediblər. Onlar 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək bu tədbirlərin dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Konfrans çərçivəsində COP29 və Naxçıvanda həyata keçirilən “yaşıl enerji” layihələrinə dair videoçarxlar nümayiş olunub. Tədbir “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 30 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri