Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
Icma.az bildirir, Bizim media portalına istinadən.
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar.
Bizim.Media "Report"-a istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib.
Mərkəzin məlumatına görə, müvafiq lisenziyalara malik təcrübəli paraşütçülər təxminən 45 metr yüksəklikdə toqquşublar. Onların paraşütləri dolaşıb və düşərkən hər ikisi ağır xəsarətlər alıb.
Zərərçəkənlər Uildomar şəhərindəki tibb mərkəzinə çatdırılsalarda orada ölüblər. Onların adları hələ ki, açıqlanmır.
Bildirilib ki, hər iki qadın paraşüt idmanı üzrə təşkil olunmuş tədbirdə iştirak etmək üçün gedib.
"Skydive Elsinore"da bildirilib ki, avadanlıqlarda hər hansı nasazlıq əlaməti aşkar edilməyib. Mərkəz yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 07 Noyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















