Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin həcmi açıqlandı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Ötən il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 6580 ton taxıl, 1210 ton Azərbaycan benzini gətirilib”.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O, idxal edilən taxılın 1000 tonunun Qazaxıstan, 5580 tonunun isə Rusiyaya məxsus olduğunu açıqlayıb.
“8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 8485 ton Rusiya taxılı gətirilib, daha 4103 ton taxıl isə yoldadır. Bundan başqa, 7600 ton Azərbaycan neft məhsulları yoldadır ki, bunlardan 6100 tonu benzin və 1500 tonu dizel yanacağıdır”, - Papoyan əlavə edib.
Erməni nazirin sözlərinə görə, ölkədə benzin və dizel yanacağı qiymətlərinin ötən ayla müqayisədə hər litr üçün 80 dram (0,36 AZN) azalması gözlənilir.
Qeyd edək ki, sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 09 Yanvar 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















