Icma.az
close
up
RU
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” təqdim edildi

“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” təqdim edildi

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş "Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

Mərkəzdən verilən xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün mühüm layihənin müzakirə edildiyini, RSXM-nin ölkəmizdə seysmik risklərin qiymətləndirilməsi, təhlili, proqnozlaşdırılması, müasir yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi sahəsində əsas elmi mərkəz olduğunu bildirib.

Azərbaycanda seysmologiya elminin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan seysmoloqlarının ən müasir proqram və texnologiyalardan istifadə etdiklərini qeyd edən AMEA-nın prezidenti RSXM-nin xarici ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq seysmoloji təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.

Akademik İsa Həbibbəyli AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin inkişaf etmiş Avropa ölkələri və ABŞ-ın seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

AMEA prezidenti bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmaların əksini tapdığını, müzakirələrin "Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda seysmologiya elminin inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunun olduğunu qeyd edib. Baş direktor bildirib ki, hazırda Azərbaycanda olan modern seysmik stansiyalar şəbəkəsinin qurulması məhz Ulu Öndərin birbaşa göstərişi və bu sahəyə olan diqqəti nəticəsində həyata keçirilib. RSXM-nin beynəlxalq müstəvidə əlaqələr qurmasının da Ulu Öndər Heydər Əliyev tərəfindən dəstəkləndiyini xatırladıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də bu istiqamətdə hər zaman seysmoloqlara dəstək olduğunu bildirən baş direktor hazırda ölkəmizdə 84 seysmik stansiyanın fəaliyyət göstərdiyini qeyd edib.

Professor Qurban Yetirmişli "Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışıb.

Daha sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur "Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” haqqında təqdimatla çıxış edib.

Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, öz məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.

Daha sonra müzakirələr iştirakçıları maraqlandıran suallarla davam edib.

Müzakirələrdən sonra xəritə iştirakçılar tərəfindən qəbul olunub və onun çap olunması təklif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri