İraola: “Belə bir şey baş verməməlidir”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Liverpul”un baş məşqçisi Andoni İraola “Mançester Yunayted”lə oyun öncəsi rəqibin yeni məşqçi ilə meydana çıxmasının hazırlıq prosesini çətinləşdirdiyini bildirib.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Goal” nəşrinə açıqlamasında rəqibin məşqinin dronla lentə alınmasına da münasibət bildirib:
“Mançester Yunayted”in yeni məşqçisi var və bu, bizim üçün əlavə çətinlik yaradır. Hazırlıq zamanı istinad edə biləcəyimiz nümunələr yoxdur. Onlar fərqli taktiki yollar seçə bilərlər”.
Mütəxəssis dronla çəkilişin qəbuledilməz olduğunu vurğulayıb:
“Bu görüntüləri mənə də göndərmişdilər. Əsas məsələ bunun qanuni olub-olmaması deyil. Ümumiyyətlə, belə bir şey baş verməməlidir. Qapalı məşq etməyimizin bir səbəbi var və bunun heç bir klub üçün yaxşı olduğunu düşünmürəm”.
İraola Vircil van Deyk, Jeremi Frimponq və Rayan Qravenberxin qarşılaşmaya hazır olacağını da təsdiqləyib.
Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu noyabrın 22-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Noyabr 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















