"Sabah" "Sumqayıt"ı darmadağın etdi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
"Sabah" Misli Premyer Liqasının XII turunda qələbə qazanıb.
Axar.az xəbər verir ki, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma son ölkə çempionunun qələbəsi ilə yekunlaşıb - 5:1.
"Bayquşlar"ın heyətində Ksander Severina (22), İvan Lepinitsa (42), Timoteuş Puxaç (55), Aleksey İsayev (67), Xəyal Əliyev (75) fərqləniblər.
Meydan sahiblərindən Sedrik Dabalo 30-cu dəqiqədə təsəlli qolunu vura bilib.
Xallarının sayını 24-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Sumqayıt" 10 xalla doqquzuncudur.
Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 2:2.
Xatırladaq ki, Premyer Liqada XII tura noyabrın 22-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Noyabr 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















