Azərbaycan Ermənistan sülhü mühüm mərhələyə çatıb
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Cənubi Qafqazda baş verən prosesləri və Ermənistan-Azərbaycan sülh prosesini dəyərləndirib.
Modern.az xəbər verir ki, TRT telekanalına müsahibəsində Numan Kurtulmuş bildirib ki, tərəflər arasında razılaşmanın əldə olunması artıq müəyyən mərhələyə çatıb.
Kurtulmuş bu fikirləri Türkiyənin diplomatik fəaliyyəti, müxtəlif dövlətlər arasında vasitəçilik təşəbbüsləri, ölkədə keçirilən beynəlxalq sammitlər və regional proseslərlə bağlı səsləndirib.
“Qafqazda Ermənistan və Azərbaycan arasında razılaşma prosesi artıq müəyyən mərhələyə çatıb. İnşallah, burada da Türkiyənin iştirakı ilə Türkiyə, Ermənistan və Azərbaycan vahid mərkəz, vahid güc formalaşdıracaqlar. Bütün bunlarda Türkiyənin konstruktiv baxışı mühüm töhfə verir”, – deyə Kurtulmuş bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 07 İyul 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















