Azərbaycan Ermənistandan hansı malları alır? Siyahı
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan 2026-cı ilin doqquz ayı ərzində Ermənistandan təxminən 96,5 min dollar dəyərində mal idxal edib. Tədarükün əsas hissəsini alüminium folqa təşkil edib, siyahıda kişi geyimləri də yer alıb.
Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar–sentyabr aylarında Ermənistandan dolayı idxalın həcmi 96,46 min dollar olub. Bunun təxminən 95,5 min dolları sentyabr ayının payına düşüb.
Hesabat dövründə ölkəyə 95,34 min dollar dəyərində 19,41 ton alüminium folqa gətirilib. Bundan əlavə, statistikada 60 dollar dəyərində sintetik parçadan hazırlanmış kişi şalvarları, kombinezonlar, bric və şortlar, 100 dollar dəyərində pencəklər, həmçinin ilin əvvəlində Azərbaycana gətirilmiş qızılgüllər də qeyd olunub.
Müqayisə üçün bildirək ki, dərc olunan məlumatlara əsasən, bu dövrdə Azərbaycanın Ermənistana ixracı 23,45 milyon dollar təşkil edib.
Ümumilikdə, yanvar–sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artaraq 37,211 milyard dollara çatıb. İxrac 23,865 milyard dollar, idxal isə 13,346 milyard dollar olub. İllik müqayisədə ixrac 28,3% artıb, idxal isə 20,4% azalıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















