Icma.az
close
up
RU
Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 16–18-də İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı – FAST Tərəfdaşlığı Üzvlərinin Görüşü və İdarə Heyətinin iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə FAST Tərəfdaşlığının fəaliyyəti və əldə olunan nəticələr, flaqman proqramların inkişafı, iqlim maliyyəsinin səfərbər edilməsi, innovativ maliyyə həlləri, qadın fermerlərin dəstəklənməsi, COP-dan COP-a əməkdaşlıq və Tərəfdaşlığın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Tədbirin ilk günü FAST Tərəfdaşlığının fəaliyyəti və əldə olunan nəticələr, flaqman proqramlar və iqlim maliyyəsinin səfərbər edilməsi ilə bağlı sessiyalar keçirilib.

Azərbaycanın FAST Tərəfdaşlığı və “Bakı Harmoniya İqlim Təşəbbüsü – Fermerlər üçün” üzrə əlaqələndiricisi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova təqdimatla çıxış edib. Təqdimatda Harmoniya təşəbbüsünün FAST çərçivəsində rolu və məqsədləri, ölkəmizin iqlimədavamlı kənd təsərrüfatı üzrə prioritetləri, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın iqlimyönümlü yanaşması və kənd təsərrüfatına yeni maliyyə dəstəyi imkanları barədə məlumat verib.

Növbəti gün FAST Tərəfdaşlığının iş planı, maliyyəyə çıxış, siyasət dəstəyi və gələcək fəaliyyət istiqamətləri üzrə tematik müzakirələr keçirilib. Həmçinin 2026-cı il Beynəlxalq Qadın Fermer İli çərçivəsində iqlim maliyyəsi üzrə dəyirmi masa təşkil olunub. Eyni zamanda, COP31 və 2027-ci ildə keçiriləcək əsas tədbirlər çərçivəsində FAST Tərəfdaşlığının iştirakı müzakirə edilib.

Leyla Cabbarlı-Mitova Azərbaycanın qadın və gənc fermerlərin dəstəklənməsi, qadınların aqrar sektorda iqtisadi imkanlarının genişləndirilməsi, onların maliyyə və təlim imkanlarına, eləcə də rəqəmsal və innovativ texnologiyalara çıxışının artırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Görüşlərin üçüncü günü karbon bazarları, innovativ iqlim maliyyəsi, “Loss and Damage” və keyfiyyətli maliyyə üzrə bilik və təcrübə mübadiləsi aparılıb. Həmçinin FAST Tərəfdaşlığının İdarə Heyətinin iclası keçirilib. Azərbaycan həmsədr ölkə qismində İdarə Heyətinin müzakirələrində iştirak edib. Leyla Cabbarlı-Mitova COP-dan COP-a əməkdaşlığın gücləndirilməsi, FAST Tərəfdaşlığının gələcək prioritetləri, eləcə də üzvlər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi ilə bağlı çıxış edib. İclas çərçivəsində FAST Tərəfdaşlığının 2030-cu ilədək ambisiyaları və gələcək Üzvlər Görüşlərinin inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.

Qeyd edək ki, FAST Tərəfdaşlığı aqrar-ərzaq sistemlərinin iqlim dəyişmələrinə davamlı və dayanıqlı transformasiyasını sürətləndirmək, kənd təsərrüfatı üçün iqlim maliyyəsinin səfərbər edilməsini və beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyən çoxtərəfli tərəfdaşlıq platformasıdır.

“Bakı Harmoniya İqlim Təşəbbüsü – Fermerlər üçün” Azərbaycan tərəfindən COP29 Sədrliyi çərçivəsində irəli sürülüb və sonradan FAST Tərəfdaşlığının flaqman proqramlarından biri kimi qəbul edilib. Təşəbbüsün əsas məqsədi iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə qarşı fermerlərin dayanıqlığının gücləndirilməsi, iqlim maliyyəsi və investisiyalar üçün imkanların genişləndirilməsi, iqlimədavamlı kənd təsərrüfatının inkişafının sürətləndirilməsi və qadın və gənc fermerlərin dəstəklənməsidir. Harmoniya, eyni zamanda, mövcud təşəbbüslər və tərəfdaşlar arasında əməkdaşlığı və koordinasiyanı gücləndirməklə fermerlər üçün praktiki nəticələrin əldə edilməsinə yönəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri