Icma.az
close
up
RU
Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırdı Qəzza sakinləri ilə həmrəyliyimizi ifadə edirik AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırdı Qəzza sakinləri ilə həmrəyliyimizi ifadə edirik AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdəki gərgin vəziyyət dərin narahatlıq doğurur. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bildirib.

O deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu baxımdan daha çox qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir: "İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır. Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərmişdir. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırmışdır. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırmışdır".

Ə.Əsədov söyləyib ki, Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir: "Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik. Humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır. Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim. Təəssüflə qeyd edək ki, vəziyyətin gərginləşməsinin təsirləri yalnız Qəzza və Fələstinlə məhdudlaşmır, qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Gərginliyin bölgəyə yayılma riski böyük narahatlıq doğurur".

Baş nazir qeyd edib ki, Azərbaycan bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər-hansı bir hərəkətdən çəkinməyə çağırır: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət təmin olunmalıdır. BMT Nizamnaməsinə zidd olaraq hansısa formada gücdən istifadə qəbuledilməzdir. Bu fundamental prinsiplərin pozulması dərhal və şərtsiz şəkildə dayandırılmalıdır. Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq. Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir. Böhrandan əziyyət çəkən mülki şəxslərin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə humanitar yardımın göstərilməsi təmin edilməlidir. Müvafiq BMT qətnamələrinə ciddi şəkildə riayət edilməlidir".

Onun sözlərinə görə, Fələstin xalqının öz dövlətində təhlükəsiz və ləyaqətlə yaşamaq haqqının təmin edilməsinin alternativi yoxdur: "Odur ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir. Azərbaycan bundan sonra da dialoq və barışığı təşviq edən və İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə dəstək verən səylərə sadiq qalacaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see218

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri