Icma.az
close
up
RU
Azərbaycan filmnağılında “günəşli uşaqlar” çəkilib AZƏRTAC

Azərbaycan filmnağılında “günəşli uşaqlar” çəkilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 yanvar, Anara Axundova, AZƏRTAC

“Mən Daun sindromlu uşaqları cəmiyyətə inteqrasiya etmək üçün filmdə epizodik rollara dəvət edərək, layihəyə sosial istiqamət vermək qərarına gəldim”, - deyə Səbinə Zülalova “Marytale. İnkluziv Möcüzəllər” (“İnkluziv Sehr”) film-nağılın premyerası zamanı bildirib.

AZƏRTAC xəbər verir ki, film yanvarın 8-də “CineMastercard” kinoteatrında nümayiş olunub. Bədii film Azərbaycan Yazıçılar Birliyinin üzvü Səbinə Zülalovanın “Macenta” toplusundan “Meri tətillərdə” nağılı əsasında lentə alınıb. Filmdə ideya və sosial layihəyə dəstək verən Həmidə Ömərova və Azər Aydəmir kimi məşhur aktyorlar rol alıb. Çəkilişlərdə Daun sindromlu uşaqlar iştirak ediblər.

Layihə Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə yaradılıb. Məqsəd cəmiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul etməyə təşviq etməkdir.

Filmin rejissoru Səbinə Zülalova, ikinci rejissoru Vüsal Həmdullayev, ssenari müəllifi Saimə Mədətova, operatorlar Emin Fərzəliyev və Orxan Qurbanov, səs rejissoru Ramal Rüstəmli, montajçısı Elnur Ehtiramoğlu, bəstəkarlar İmruzə Hüseynova və Leyla Məmmədovadır. Filmdə rolları Həmidə Ömərova, Azər Aydəmir, Səbinə Zülalova, Səimə Mədətova, Rəhim Cavadov, İsmayıl İsmayılov, Zərifə Hətəmova və Ayan Bəydiyeva ifa ediblər.

Tədbirdə çoxlu sayda qonaq - dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, sosial işçilər, mədəniyyət xadimləri və yaradıcı ziyalıların nümayəndələri iştirak edib.

Gecənin əvvəlində Milli Məclisin deputatı Vüqar İsgəndərov, Əməkdar incəsənət xadimi Oqtay Babazadə, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, filmdə baş rollardan birini canlandıran aktyor Azər Aydəmir və “Qayğı-Sağlam nəsil naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu şəxslər üçün Reabilitasiya Mərkəzinin həkim-pediatrı Könül Süleymanova salamlama nitqi ilə çıxış ediblər.

Daun sindromlu şəxslər üçün Reabilitasiya Mərkəzinin şagirdləri də hərəkətli rəqs nümayiş etdirərək tamaşaçılar qarşısında çıxış ediblər.

Filmin çəkilişləri Qəbələdə keçib. Mələk rollarını üç “günəşli” uşaq ifa edib: İsmayıl, Zərifə və Ayan. Kar-lal sənətkarı Səbinə Zülalovanın qızı, eyni zamanda filmin ssenari müəllifi və subtitrlərin tərcüməçisi Saimə Mədətova ifa edib.

Azərbaycanın Xalq artisti Həmidə Ömərova AZƏRTAC -ın müxbiri ilə söhbətində layihədə iştirakla bağlı təəssüratlarını bölüşüb.

“Bu, çox maraqlı təcrübə idi. İşləmək çox xoş idi, mən böyük həzz aldım. Kiçik yaradıcı kollektivimiz var idi, çəkilişlər gözəl, rahat nağıl evində gedirdi, ətrafda maraqlı insanlar var idi. Bu müəllif filmidir. O çox estetik alındı. Bu adi nağıl deyil, bu, daha çox böyüklər üçün nağıldır. Səbinə Zülalova özünü qeyri-adi yaradıcı insan kimi göstərdi: o, həm nağılın müəllifidir, həm də filmin rejissoru kimi çıxış edib, həm də filmdə çəkilib – bu, asan deyil, amma o öhdəsindən gəldi! Mən onun zəhmətkeşliyinə və müxtəlif maraqlara, qabiliyyətlərə, biliyə malik olmasına heyranam. Prosesdən gözəl təəssüratlarım qalıb”, - deyə Həmidə Ömərova qeyd edib.

AZƏRTAC -ın müxbiri ilə söhbətində Səbinə Zülalova layihə üzərində işlərin necə getdiyindən danışıb: “Uzun müddətdir ölkəmizdə film-nağıllar çəkilmirdi, indi bu sahədə Azərbaycanda bir boşluq var. Layihəni davam etdirmək, yəni başqa nağılları da ekranlaşdırmaq istəyirəm. Təbii ki, bu, müəyyən strukturlardan dəstək tapa biləcəyim təqdirdə mümkün olacaq. Biz bu filmi festivallara da göndərməyi planlaşdırırıq. Bu, mənim xüsusi uşaqlarla ilk işim deyil. Mən möcüzəvi şəkildə onlarla ortaq dil tapıram, mən onlarla yaxşı ünsiyyət qururam. Uşaq aktyorların valideynləri uşaqlar qeyri-adi mühitdə olduqları zaman özlərini sakit hiss etmələri üçün çəkiliş meydançasında olublar. Biz hər şeyi elə təşkil etdik ki, çəkiliş zamanı uşaqlar rahat olsunlar”.

Səbinə Zülalova mədəniyyət xadimi, dizayner, yazıçı, fərdi sahibkar, sosial layihələrin müəllifi və təşkilatçısıdır. Bu, Səbinə Zülalovanın kinoda artıq üçüncü işidir, daha əvvəl o, “Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı” çərçivəsində “Kino deyil” və “İki cahan” iki qısametrajlı film və sosial-mədəni mövzulara dəstək olan bir neçə videolayihə: selektiv abortlara qarşı “Yaşadaq” və “İşıq Festivalı. Nizami Gəncəvi” çərçivəsində “Yeddi gözəl”i çəkib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri