Icma.az
close
up
RU
Azərbaycan Fintex Assosiasiyasının rəhbərliyində dəyişiklik baş verib

Azərbaycan Fintex Assosiasiyasının rəhbərliyində dəyişiklik baş verib

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

28 oktyabr 2025-ci il tarixində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) Ümumi Yığıncağında, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçki prosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı olan United Payment MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçildi.

Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynamışdır. Hazırda rəhbərlik etdiyi United Payment MMC, 2021-ci ildən təsis edilmiş və ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalı fintex xidmətlərinin inkişafında öncül rol oynayır.

Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərə fokuslanmağı planlaşdırır:

Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digər nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq mühiti qurmaq; Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal layihələrdə yerli fintex-lərin iştirakını təmin etmək; Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək; Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və innovativ fintex həllərini təşviq etmək; İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək vermək.

Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib:

“Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol oynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaq istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz olacaq.”

Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITED PAYMENT AZERBAIJAN) ilə yanaşı, sədrin müavini olaraq Eynar Abdullayev (GoldenPay OJSC) seçilmişdir.

İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov (PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin edilmişdir.

Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (Max Systems LLC) və Murad Mirzə (akart.az) olmuşdur.

Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədə Mərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi, rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödəniş xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor platformasına çevrilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri