Icma.az
close
up
RU
Azərbaycan futbolunun ictimaiyyətə görünməyən tərəfində çox haqsızlıqlar və ayrıseçkiliklər olur Avropada oynayan millimizin üzvü

Azərbaycan futbolunun ictimaiyyətə görünməyən tərəfində çox haqsızlıqlar və ayrıseçkiliklər olur Avropada oynayan millimizin üzvü

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin üzvü, Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyev Sportal.az saytına müsahibə verib.

- "Eqnatiya"dan ayrılmaq ehtimalın var idi. Amma görünən odur ki, "Eqnatiya"da qaldın?

- Bəli, "Eqnatiya"da qaldım. Amma dediyiniz kimi, ayrılmaq ehtimalım yüksək idi. Bir neçə klubla danışıqlar gedirdi. Hətta "transfer pəncərəsi"nin bağlanmasına az qalmış çox yaxşı liqadan və tanınmış klubla anlaşmışdıq. Sadəcə sənəd işlərini çatdırmaq mümkün olmadı. Belədə, komandada qaldım.

- Mövsümün sonunda necə, "Eqnatiya"dan ayrılmaq, daha doğrusu başqa kluba transfer olmaq məsələsi gündəmə gələcək?

- Bu haqda indidən nəsə deyə bilmərəm. Çünki bu işlərlə menecerim məşğul olur. Mən isə meydanda öz işimə köklənmişəm. Mövsümün sonunu gözləyək. Hadisələrin necə cərəyan edəcəyini o zaman görəcəyik.

- Altı ay ərzində bir neçə klubun transfer siyahısına düşə bilmisən. Bu mənada, legioner həyatının uğurlu alındığını demək olar? Ən azından yaya qədər də qışa qədərki performansını davam etdirməyin alınar? 

- Hələ ki işlərim qaydasında gedir. Dediyim kimi, mənim işim meydanda əlimdən gələni etməkdir. Daha öncə də demişdim, yaxşı performans göstərdiyim təqdirdə, təkliflər həmişə həmişə olacaq. Hər şey özümdən asılıdır. Allah qoysa, yaya qədər daha da yaxşı çıxış edərəm.

- Azərbaycana geri qayıtmaq ehtimalı var idi? 

- Düzünü desəm, Azərbaycana geri qayıtmaq barədə qəti olaraq düşünmürəm. Gələcəkdə nəyin necə olacağını bilmək olmaz. Bu gün üçün hədəfim və fikrim yalnız uzun illər Avropada oynamaqdır. Təbii ki, daha yaxşı liqalarda və daha böyük klublarda oynayaraq hədəfimə çatmaq istəyirəm.

- Səni "Qarabağ"ın yetirməsi hesab etmək olar. Nə vaxtsa, bu klubdan təklif olarsa, hansı cavabı verərdin?

- Futbola Cəlilabadda başlamışam. Sonradan "Xəzər Lənkəran" futbol akademiyasına keçid etmişəm. Bu klub fəaliyyətini dayandırdıqdan sonra isə "Qarabağ"ın futbol akademiyasından təklif olduğu üçün ora yollanmışdım. Sizin suala gəldikdə, bu haqda hələ ki bir şey düşünmürəm. Uzun illər Avropada qalmaq istəyirəm. Lakin "Qarabağ" kimi böyük klubda oynamaq hər futbolçunun arzusudur. Onu da zaman göstərəcək.

- Azərbaycanlı futbolçular xaricə yollanmağa çox da can atmır. Hazırda legioner həyatı yaşayan azərbaycanlı futbolçu kimi, getməyənlərə məsləhətin nədir? Avropada və Azərbaycanda futbola, futbolçuya yanaşma necədir?

- Məsləhət vermək mənə düşməz. Amma qısaca olaraq, öz fikrimi bildirəcəm. Çünki geniş mövzudur, bu haqda ayrıca danışmaq olar. Ölkə xaricində oynayan oyunçularımız çox olsa, həm millimiz, həm də ölkə futbolumuz üçün yaxşıdır. Ümid edirəm ki, daha çox futbolçumuz daha yaxşı liqalarda çıxış edər. Qaldı ki, Avropada və Azərbaycanda futbolçuya yanaşma məsələsinə, bu haqda danışmaq istəyirəm. Çox heyf ki, bizim ölkəmizdə əcnəbi futbolçuya məhəbbət böyükdür. Hətta bir çox klublarımız yerli futbolçulardan daha aşağı səviyyəli əcnəbiləri gətirib, ən yaxşı halda isə eyni səviyyədə olanları şişirdib, 2-3 qat maaş ödəyib, isti münasibət göstərir. Hansı ki, yerli uşaqlara bu cür münasibəti göstərmirlər. Nə maddi, nə də mənəvi mənada. Təbii ki, bəzi istisnaları çıxmaq şərtilə. Amma bu dediklərimi həmin vəziyyəti yaşayan uşaqlar başa düşəcək. Buna qarşı çıxanlar da olacaq. Əsasən də belə legionerlərdən yaxşı pul qazanan menecerlər. Bu dediklərim mənim əcnəbi düşmanı olmağım kimi anlaşılmasın. Səviyyəli legionerlərin Azərbaycana gəlməsinə heç vaxt qarşı çıxa bilmərəm. Hansı ki, "Qarabağ" başda olmaqla, əlavə 1-2 klubumuzda da belələri var. Məhz belə futbolçuların Azərbaycan klublarında oynamasını alqışlayıram. Avropada gördüyüm qədərilə, durum 90 faiz hallarda bizim ölkənin tam əksinədir. Burada yerliyə daha çox üstünlük verilir, nəinki əcnəbiyə. Xarici futbolçu gəlirsə, ondan da daha da çoxu tələb olunur. Bu çox geniş mövzudur. Saatlarla, özü də sübutlarla danışmaq olar. Təəssüf ki, Azərbaycan futbolunda ictimaiyyətə görünməyən tərəfində çox haqsızlıqlar və ayrıseçkiliklər olur.  

- Enqatiya" hazırda yenidən liderliyə yüksəlib. Demək olar ki, bu sezon da komanda çempionluğu rəsmiləşdirə biləcək?

- Hələ qarşıda oyunlar çoxdur. Digər klublarla xal fərqi də azdır. Bu mövsüm çempionluq uğrunda 4 komanda gərgin mübarizə aparır. Təbii ki, çempionluq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik və Allah qoysa, sonda sevinən tərəf biz olarıq, növbəti çempionluğumuzu qazanarıq.

- Yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Səncə, bu qərar yerli futbolçuların xaricə yollanması üçün böyük təkan verəcək?

- Ümid ediərm ki, limitdən asılı olmayaraq ölkə xaricinə daha çox futbolçumuz yollanar. Qaldı ki, xarici klubların bizim futbolçulara marağına, burada həm futbolçu performansı, həm də xaricə yollanmaq istəyi, həm də menecerlərə iş düşür. Bu amillər bir araya gəldiyi halda ölkə xaricinə yollanmaq mümkündür.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri