Icma.az
close
up
RU
Azərbaycan futbolunun talismanı 19 il sonra tapıldı: Görün indi nə işlə məşğuldur FOTOLAR

Azərbaycan futbolunun talismanı 19 il sonra tapıldı: Görün indi nə işlə məşğuldur FOTOLAR

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2004-2006-cı illərdə Azərbaycan futbolunda Araz adlı uşaq var idi. Bu azyaşlı uşaq qısa zamanda futbolumuzun talismanına çevrilmişdi. Daha doğrusu, “Neftçi” və milli komandanın.

Araz oyunlardan əvvəl meydanda topla oynayar, adıçəkilən komandaların məşqlərində iştirak edərdi. Bu da futbolçuların əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olardı. Hətta onun uğur gətirdiyini də düşünənlər az deyildi. Araz hansı qapıya qol vurardısa, bu, oyun vaxtı reallaşardı. Xüsusilə “Neftçi”nin oyunlarında bu kimi hallar yaşanardı.

Ancaq Arazın Azərbaycan futbolundakı macərası uzun çəkmədi. O, birdən-birə yoxa çıxdı. Zaman keçdikcə isə unuduldu.

Lakin ötən həftənin son günlərində təsadüf nəticəsində sosial şəbəkələrdən birində qarşıma çıxdı. Tanımamağım mümkün deyildi. Fürsətdən istifadə edib artıq böyüyən, amma mənim gözümdə elə talisman kimi kiçik qalan Arazdan müsahibə almaq qərarına gəldim.

Bu, onu təəccübləndirdi. Geridə qalan illər ərzində heç vaxt xatırlanmadığını, axtarılmadığını bildirdi. Bu o demək idi ki, danışılası çox söz var...

- Təqribən 19-20 il əvvəl Azərbaycan futbolunun talismanına çevrilən Araz indi haradadır, nə edir, hansı işlə məşğul olur?

- Həyatımda çox şey dəyişib, amma futbol sevgisi həmişə eyni qalıb. Hazırda həvəskar futbolçular üçün forma satışı ilə məşğul oluram. Bu sahəni seçməyim təsadüfi deyil. Futbol sevgimi işimə də daşımışam və istəyirəm ki, həvəskar oyunçular keyfiyyətli formalarla meydana çıxsınlar. Bu yolda təhsilim böyük rol oynayıb.

Bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası alaraq futbola olan bağlılığımı gücləndirdim. Daha sonra UNEC-də MBA təhsili alaraq, biznes idarəçiliyində ixtisaslaşdım. Bu biliklər mənə işimi daha peşəkar qurmaq imkanı verdi.

Futbolla da məşğul olmuşam. İlk klubum “Qalatasaray” olub. Lakin 3 ay orada məşq etdikdən sonra sənədlərimdə problem olduğuna görə Bakıya qayıtdım. Bundan sonra “Neftçi”də məşqlərə başladım. 7 il bu komandada oynadım. 2015-ci ildə isə “Qarabağ”a transfer olundum.

- Futboldan niyə uzaqlaşdınız?

- Futboldan uzaq düşməyim müxtəlif səbəblərlə bağlı oldu. Zamanla şəxsi həyatımda və işlərimdə yeni istiqamətlərə fokuslanmalı oldum. Bununla yanaşı, bəzi imkanların məhdud olması da futboldan uzaqlaşmağıma təsir etdi. Amma futbol hər zaman qəlbimdədir, oyunları izləməyə və klublarımız dəstəkləməyə davam edirəm. Uzaq düşsəm də, futbolun mənim həyatımda yeri hər zaman xüsusi olaraq qalır.

- Bir vaxtlar yaşıl meydanlarda, yerli və xarici ulduzların yanında balaca Arazı görərdik. Bu necə baş verdi? Səni stadionlara ayaq basmağa, futbola həvəsləndirən kim və ya nə idi?

- Atam "Neftçi"nin azarkeşi idi və oyunlara gedəndə məni də özü ilə aparırdı. Mənə "Neftçi" forması tikdirmişdi. Bir dəfə klubun vitse-prezidenti Ramin Musayev məni görüb maraqlanmış, futbolçularla tanış etmişdi. Ondan sonra məni oyunların fasilələrində meydana çıxarırdılar. İkinci hissədə hücum ediləcək qapıya qol vururdum və "Neftçi" qələbə qazanırdı.

Bir oyunda “Neftçi”nin sabiq prezidenti Rövnəq Abdullayev məni görüb "Talisman" adını verdi. Həm "Neftçi"nin, həm də Azərbaycan milli komandasının oyunlarına gedirdim. 2005-ci ildə "Pünik" üzərində qələbədən sonra televiziya kanallarında nümayiş olundum və tanındım. Atam evimizdə mənim otağımı stadion kimi hazırlamışdı. Kiçik toyumda Rövnəq Abdullayev və "Neftçi" kollektivi iştirak etmişdi. Beləcə, məşhurlaşdım.

- "Neftçi" azarkeşi kimi tanınırdın. Hələ də bu kluba sadiqsən?

- Bəli, hələ də “Neftçi” azarkeşiyəm. Uşaqlıqdan bəri bu klub mənim üçün çox önəmlidir və hər zaman komandanı dəstəkləyirəm. “Neftçi”nin oyunlarını izləyir, komandanın uğurlarını ürəkdən sevinirəm. Bu azarkeşlik, mənim futbol sevgimin və bağlılığımın bir parçasıdır.

- Bəs milli komandanın oyunlarına necə, gedirsiniz?

- Bəli, milli komandamızın oyunlarına da tez-tez qatılıram. Azərbaycanın futbolunu hər zaman dəstəkləyirəm və bu, həm şəxsi, həm də mənim “Talisman” kimi tanınmağım baxımından önəmli bir təcrübə olub. Həm “Neftçi”, həm də milli komandamızın oyunlarına böyük həvəslə gedirəm və hər zaman onlara dəstək olmağa çalışıram.

- Bir çox yerli və əcnəbi futbolçularla şəkil çəkdiribsən.

- İlk növbədə dünya futbolunun ulduzu Kriştiano Ronaldo önə çıxır. Mən onun böyük fanatıyam. Bununla yanaşı, Deko, Yerji Dudek, Maykl Ouen, Rio Ferdinand, Fatih Terim, Luis Felipe Skolari kimi futbolçular və məşqçilər də mənim üçün əhəmiyyətlidir.

Yerli oyunçulardan Qurban Qurbanov, Elçin Rəhmənov, Zaur Tağızadə, Rəşad Sadıqov, Ruslan Abışov, Mahmud Qurbanov, Fərux İsmayılov və Cahangir Həsənzadə ilə fotolar da kolleksiyamda xüsusi yer tutur. “Neftçi”də oynayan əcnəbilərdən Georgi Adamiya, Branamir Subaşiç, Darko Çordaş, Tomislav Vişeviç ilə uşaqlıq illərim keçib və onlarla çəkdirdiyim şəkillər də mənim üçün çox dəyərlidir.

- İllər sonra həmin fotoları təkrarlamaq, yeniləmək imkanınız olub?

- Çox istəyərdim ki, həmin günləri yenidən yaşaya bilim, amma təəssüf ki, buna imkanım olmayıb. Keçmişdə yaşadığım o anlar mənim üçün çox dəyərlidir və hər zaman xatirələrimdə xüsusi yer tutur. Əvvəlki kimi futbola yaxın olmaq arzusu həmişə qəlbimdədir. Ancaq hazırda başqa istiqamətlərə fokuslandığım üçün bu, mümkün olmayıb.

- Bu gün Azərbaycan futbolunda talisman anlayışı qalmayıb. Bu məsələni necə həll etmək olar? Futbolumuzun, klublarımızın, azarkeşlərimizin talismanlara ehtiyacı varmı?

- Bu məsələnin həlli üçün klublar və federasiya azarkeşlərlə daha çox əlaqə yaratmalıdır. Talismanlar yalnız bir simvol deyil, həm də komanda və azarkeşlər arasında əlaqəni gücləndirən bir vasitədir. Həm futbolçular, həm də azarkeşlər üçün motivasiya mənbəyi olaraq talismanların təbliğinə başlanmalıdır. Bu, futbolumuzun inkişafına və komandaların daha çox uğur qazanmasına da müsbət təsir edə bilər.

Sonda müsahibəyə görə təşəkkür edirəm. Unudulduğumu düşünürdüm, amma gördüm ki, hələ də xatırlanıram.

Heybət Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://publika.az
archiveBu xəbər 21 Yanvar 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri