Icma.az
close
up
RU
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR

AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əlbəttə, elə bir ölkə, elə bir məmləkət  tapmaq olmaz ki, onun gəncləri  bacarıqlı, savadlı, istedadlı və vətənpərvər olmasın. Buna heç bir sözümüz yoxdur. Sözümüz onadır ki, bu gün Azərbaycan gəncliyi bəlkə də dünyanın ən güclü, ən istedadlı və ən vətənpərvər gəncləridir. Bunu heç də elə-belə havadan demirik, konkret  faktlara, hadisələrə  söykənərək fikrimizi səsləndiririk. Ən azından ona görə ki, bizim son 30 ildəki gəncliyimiz çox çətin, ağır və əzablı bir yol keçib. 

Bir milyondan çox qaçqın və məcburi köçkünlərin arasında  təbii ki, xeyli sayda gənclərimiz də olub. O gənclərin uşaqlığı, yeniyetməliyi, bayaq dediyimiz kimi elə də rahat, qayğısız olmayıb. İndi siz təsəvvür edin, həmin gənclər müxtəlif rayonlara  səpələniblər, ailələrini və özlərini dolandırmaq üçün hər cür əziyyətə və məşəqqətə  qatlaşıblar.  İş yox, güc yox, ev-eşik yox. Təbii ki, belə bir məqamda  gənclik həm düz yol tutmalıdır, həm oxumalıdır, həm də işləməlidir. Bunun üçün təkcə  istedad və işgüzarlıq bəs eləmir. Bunun üçün həmin insanda bir səbir, təmkin, daxili güc və ən nəhayət, ilahi bir qüvvə lazımdır. 

Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın istəyi ilə hakimiyyətə gələndən sonra Azərbaycan gəncliyinə, onların zəhmətkeşliyinə və eləcə də mübarizəsinə çox böyük qiymətlər verdi. Dəfələrlə məcburi köçkün və qaçqınlarla, eləcə də gənclərlə görüşündə onlara güvəndiyini və böyük ümid bəslədiyini səsləndirdi. Aydındır ki, bu fikirlərin Ulu Öndər Heydər Əliyev tərəfindən  səsləndirilməsi hər bir gəncin ürəyində həyat eşqini, mübarizə və yaşamaq ümidini bir  qədər də şölələndirdi. Çünki heç kimə sirr deyil ki, ölkəmizin ən çətin vəziyyətində nəinki  yaşlı nəsil, hətta gənclərimiz belə sıxıntılar  içində yaşayır, bəzən ümidsizliyə qapılır və sabaha inamları azalırdı. Amma  Ümummilli Lider Heydər Əliyevin bu yanaşmasından və onlara böyük ümid bəsləməsindən sonra heç şübhəsiz, gənclərimiz bir qədər də enerji topladılar, gücləndilər və özlərini  hər şeyə  tam hazır hiss etdilər. 

Ev də olar, maşın da almaq mümkündür, amma itirilmiş gəncliyi heç vaxt geri qaytarmaq mümkün deyil. Ona görə mümkün deyil ki, hər il, hər ay, hər gün insan ömründən bir yarpaq aparır. Amma Azərbaycan gəncliyi həmişə babalarının, atalarının getdiyi mərdlik yolundan, qəhrəmanlıqdan və döyüşkənlikdən çox şey öyrəndi. Onlar Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, Mehdi Hüseynzadəni və ən nəhayət, Birinci Qarabağ savaşının qəhrəmanlarının həyat yolunu  öyrəndilər və onlara  oxşamaq istədilər, onlara  bənzəməyə çalışdılar. 

Hər bir gəncin  tərbiyəsi öncəsi evdə, bağçada və məktəbdə qoyulur. Və  sonradan cəmiyyətdə o, daha da  formalaşır, yetkinləşir və kamilləşir. Çox sevindirici haldır ki, Azərbaycan gəncliyi son 35 ildə çox böyük bir məktəb keçib, dərs alıb. Onlar həm elm sahəsində, həm mədəniyyət sahəsində, həm də idman sahəsində demək olar ki, Azərbaycanın başını  həmişə uca ediblər. Bizim gənclərimiz bəlkə də dünyanın, bayaq dediyimiz kimi, ən zəhmətkeş, ən istedadlı gəncləridir. Onlar tək qəhrəmanlarımızın  yolları ilə getməklə kifayətlənmədilər, onlar həm də dünyada baş verən prosesləri, siyasi və iqtisadi təlatümləri və ən nəhayət, ən çətin məqamları belə izlədilər, gördülər və yaşadılar. Daha doğrusu, dünyanın imtahanından da bir şey öyrənməyi  bacardılar. Onların ən böyük  qəhrəmanlığı Vətənimizi, torpağımızı sevmələridir. 

Bu gənclər  elə-belə yetişmədilər, bu gənclər zamanın məngənəsində, çətinliyində sıxıldılar, yıxıldılar, amma yenə özlərində güc-qüvvə toplayıb ayağa qalxdılar. Düzdür, birinci  onları ayağa qaldıran  Allah oldu,  ikincisi isə ürəklərində və qəlblərində gəzdirdikləri  Vətən eşqi. Dünyada  vətən eşqindən güclü, qüvvətli heç bir silah ola bilməz. Əgər vətəni sevirsənsə, deməli, onun hər qarış torpağı uğrunda  döyüşəcəksən, vuruşacaqsan və axırda da qalib olacaqsan. 

Biz Azərbaycan gəncliyinin ən böyük möcüzəsini  İkinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində gördük.  Heç də təsadüfi deyil ki, bu 44 günlük müharibədə bu sətirlərin müəllifi də Qarabağda – Füzulidə, Cəbrayılda, Qubadlıda olmuş və orda döyüşən gənc əsgərlərimizlə söhbətlər etmiş, müsahibələr almış və operativ yazılar hazırlayaraq qəzetimizdə çap etdirmişdi. Mən həmin uşaqların, həmin gənclərin  çöhrəsini  görəndə düşündüm ki, mütləq bu gənclər torpaqlarımızın hamısını azad edəcək. Çünki onlarla söhbətlərim zamanı bir gənc belə demədi ki, mən döyüşdən, müharibədən, ölümdən qorxuram. 

Şəmkirdən Cəbrayıla döyüşə gəlmiş Namiq Həsənov dedi ki, müəllim, tək mən yox ey, bizim uşaqların hamısı bura ölməyə yox, düşməni öldürməyə gəlib. Biz döyüşə girəndə elə bil ki, toya gedirik. Çünki bu yerlərdə bir vaxtlar gələcək toy olacaq, şəhid olanlarımızı xatırlayacaq, qazilərimizə və qaliblərimizə dualar edəcəklər. Amma biz qalib gələcəyik. Həmin oğlanın  çöhrəsində mən   ancaq mərdlik, döyüşkənlik və mübarizlik gördüm. Artıq Cəbrayılın və Füzulinin onlarla kəndini bu gənclər azad etmişdilər. Döyüşlərin birində də yaralı əsgərlərin bir neçəsini  çiyninə alıb bu gənc döyüş mövqeyindən  çıxarmışdı. Dördüncü gənci çıxaranda şəhid  olmuşdu. Amma ömrüm boyu o gəncin  çöhrəsindəki təbəssümü, sevinci və qalibiyyət nişanını heç vaxt unutmayacağam. 

Bax, Azərbaycan gəncliyi budur. Torpağımızın bir qarışını  belə düşmənə  vermədi. 

Bir dəfə Füzulidə olanda rayon təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədovaya dedim ki, siz gənclərlə tez-tez vətənpərvərlik  mövzusunda söhbətlər aparın. Ramella xanım dedi ki, müəllim, hər səhər dərs başlayanda biz Azərbaycanın müstəqilliyi  yolunda döyüşüb qalib gələn şəhidlərimizi, qazilərimizi və qaliblərimizi gənclərimizə sevdiririk. Elə bir gün olmaz ki, onlar  barəsində məktəblərdə söhbətlər aparılmasın. Bax bu söhbətin bəhrəsidir ki, Azərbaycan gəncliyi İkinci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində qızıl tarix yazdı və bu tarixə öz imzalarını atdı.
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Fevral 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri