Icma.az
close
up
RU
Azərbaycan gənclərinin cəmiyyətdəki roluna dövlət səviyyəsində verilən yüksək qiymət

Azərbaycan gənclərinin cəmiyyətdəki roluna dövlət səviyyəsində verilən yüksək qiymət

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Milli təqvimimizin əlamətdar günlərindən biri də gənclərimizlə bağlıdır. Bu gün Azərbaycanda gənclər günü qeyd olunur. Bildiyimiz kimi postsovet məkanında Gənclər günü ilk dəfə olaraq məhz Azərbaycanda rəsmi bayramlardan biri kimi təsis olunub. Onu da qeyd etməliyik ki, ölkəmizdə 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1996-cı ilin 2 fevral tarixində məhz Heydər Əliyevin dəstəyi və iştirakı ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən isə, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Beləliklə, əsası Ulu Öndərimiz tərəfindən qoyulan Dövlət Gənclər siyasəti müasir Azərbaycan dövlətçiliyinin təməl istiqamətlərindən birinə çevrilib. Bu əlamətdar günün təsis olunması Azərbaycan gənclərinin cəmiyyətdəki roluna dövlət səviyyəsində verilən yüksək qiymətdir.
Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclərimiz Ulu Öndərin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqilliyimizin ilk illərində Ulu Öndərin əsasını qoyduğu strategiya ölkə gənclərinin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. Bu gün isə ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
2011-ci ilin 19 dekabr tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Gənclər Fondunun xətti ilə çoxsaylı proqramlar, layihələr həyata keçirilib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” kimi mühüm strateji proqramlar da bilavasitə ölkə gəncliyinin inkişafına hesablanıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın icrası bu gün də uğurla davam etdirilir. 2013-cü ildə təsis olunan “Gənclər üçün Prezident Mükafatı” ölkəmizin istedadlı, yaradıcı gənclərinə daha böyük uğurlara imza atmaq üçün stimul verir. Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də gənclərimizin potensialının ölkəmiz və cəmiyyətimiz üçün faydalı istiqamətlərə yönəldilməsinə hesablanmışdı.
Bütün bunlar sözsüz ki, milli və dövlətçilik maraqlarımız baxımından Gənclər siyasətinin prioritet təşkil etdiyini göstərir. Məhz bu siyasət 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Şanlı Zəfərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, Böyük Qayıdışımızın əsası qoyuldu. Prezident İlham Əliyev öz çıxışlarında Vətən müharibəsində gənclərin mühüm rolunu dəfələrlə qeyd edib. Dövlət başçımızın vurğuladığı kimi xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bəli, biz ən yeni tariximizə 44 günlük savaş Zəfərini öz qanlarıyla yazan gənclərimizlə fəxr edirik!
Vətənimizin gələcəyi gənclərə əmanətdir. Hər bir gəncimizə gələcək fəaliyyətlərində uğur diləyir və onları Azərbaycan naminə həmrəyliyə səsləyirik! Qalib ölkəmizin qəhrəman, yaradıcı, vətənpərvər gənclərini 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirik!
Gününüz mübarək olsun, əziz gənclər!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Fevral 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri