Icma.az
close
up
RU
“Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir”

“Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir”

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Gənc nəsil hər bir ölkənin gələcəyini formalaşdıran ən önəmli qüvvədir. Onların milli mənlik şüuru və vətənpərvərlik hissləri möhkəm olduqda, cəmiyyətin sabitliyi və inkişafı da təmin edilir. Uşaqlıqdan etibarən milli dəyərlərlə tanış olan gənclər, öz köklərini və mədəni irslərini daha yaxşı dərk edirlər. Vətənpərvərlik təkcə sevgi və hiss deyil, həm də məsuliyyət və fəallıq deməkdir. Bu xüsusiyyətlər gənclərdə həm fərdi, həm də ictimai inkişafı gücləndirir. Belə bir təlim-tərbiyə prosesi, eyni zamanda, gələcək nəsillərin ölkəyə bağlılığını artırır. 

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır, güc-qüvvə, enerji deməkdir:

“Gənclik ümiddir, inamdır! Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Ona görə də bir millətin, dövlətin mövcudluğu, inkişafı və yaşamı üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün müstəqil Azərbaycanda gənclərin cəmiyyətin aparıcı qüvvəyə çevrilməsi və sağlam gəncliyin yetişdirilməsi istiqamətində davamlı olaraq uğurlu dövlət siyasəti həyata keçirilir. Sağlam gəncliyin yetişdirilməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə həm qanunvericilik bazası təkmilləşdirilir, həm də davamlı islahatlar həyata keçirilir. Bütün bunların nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”. 
Onun sözlərinə görə, dünyada elmi yeniliklər, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərir:
“Elmin, texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu baxımdan gənclərin inkişafı ilə əlaqədar yaradılan QHT və digər təşkilatlara göstərilən diqqət və onlara yaradılan şərait gənclərin özünüinkişaf prosesinə xüsusi xidmət etmiş olur. Məhz bu proseslər fonunda ölkədə gənclərin sərbəst fəaliyyəti, liderlik və özünü ifadə etmə prinsipi əsasında gələcək karyeraları üçün ən yaxşı imkanlar yaradılıb.  Bundan əlavə olaraq gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində müxtəlif qrant layihələri həyata keçirilir. Bu siyasət də artıq öz bəhrəsini vermişdir. Müxtəlif startap ideyalarına malik gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına meydan verilir. Əminliklə deyə bilərik ki, bilikli, savadlı, vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, vətənə bağlı olmalıdırlar, vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”.
Sosioloq Sevinc Qasımova  deyib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir cəmiyyətin ən önəmli məsələlərindən biridir:
“Bu proses yalnız məktəb və universitetlərdə deyil, həmçinin ailə, media və ictimai mühit vasitəsilə də formalaşır. Uşaqlıq və yeniyetməlik dövründə milli dəyərlərə yönəlmiş təhsil proqramları gənclərin öz kimliyini düzgün anlamasına yardım edir. Milli mənlik şüuru gənclərə tarixi, mədəniyyət və adət-ənənələri tanımağa imkan yaradır. Vətənpərvərlik hissləri isə yalnız sözlə öyrədilməməlidir. Bu, həm də praktiki fəaliyyətlə, məsələn, könüllü işlər, tarixi yerlərin ziyarəti və sosial layihələr vasitəsilə gücləndirilə bilər. Gənclər öz vətəninə aid olduqlarını hiss etdikdə, cəmiyyətə daha məsuliyyətli yanaşırlar. Sosial media və internet mühiti bu sahədə həm risk, həm də fürsət yaradır. Gənclər yanlış məlumat və stereotiplərlə qarşılaşa bilsələr də, düzgün istiqamətləndirmə ilə milli şüur daha da möhkəmlənir”.
O qeyd edib ki,  valideynlərin milli dəyərləri və tarixi bilikləri paylaşması uşaqlarda mənlik şüurunun əsasını qoyur:
“Məktəb mühiti isə bu prosesi sistemləşdirir və elmi əsaslarla gücləndirir. Mədəni tədbirlər, musiqi, ədəbiyyat və incəsənət vasitəsilə gənclərin milli kimliyi dərinləşdirilə bilər. Eyni zamanda, vətənpərvərlik yalnız sevgi və hisslərdən ibarət olmamalıdır, sosial məsuliyyət və vətən üçün faydalı fəaliyyətlərlə müşayiət olunmalıdır. Gənclərin milli şüurunu formalaşdırmaq üçün peşəkar müəllim və təlimçilərin rolu vacibdir. Dövlətin siyasətləri və proqramları da bu prosesə dəstək verməlidir. Regional fərqlilikləri nəzərə almaq, müxtəlif etnik və mədəni qrupların da daxil olduğu tədbirlər keçirmək əhəmiyyətlidir. Qlobalizasiyanın təsirindən qorunmaq üçün gənclərə milli kimliyin əhəmiyyəti erkən yaşlardan anlatılmalıdır. Gənclər arasında vətənpərvərlik və milli mənlik hissləri rəqabət və sosial ədalət kontekstində möhkəmləndirilməlidir. Təhsil və mədəni proqramların interaktiv olması gənclərin marağını artırır. Sosial təcrübələr, məsələn, layihələr və qrup fəaliyyətləri gənclərin həm milli, həm də sosial şüurunu inkişaf etdirir. Kütləvi informasiya vasitələri və filmlər də milli dəyərlərin ötürülməsində mühüm rol oynayır”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqamətində hazırlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Dekabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri