Azərbaycan genişzolaqlı internetin sürətinə görə avqustda 3 pillə irəliləyib
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,77 Mbps) görə iyul ayına nisbətən 3 pillə irəliləyərək 149 ölkə arasında 78-ci olub.
"Speedtest Global Index" xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (83,95 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 10,5 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (462,5 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,76 Mbps) tutub.
Azərbaycan ötən ay mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 99,13 Mbps sürətlə 102 ölkə arasında 47-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (675,51 Mbps), sonuncu yeri isə Əfqanıstan (19,13 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə geriləyərək 194 şəhər arasında 92,6 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (416,81 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (4,17 Mbps) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 122,6 Mbps sürətlə 149 şəhər arasında 78-ci yerdə qərarlaşıb.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (702,28 Mbps), sonuncu yeri Misrata (Liviya) (19,26 Mbps) tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















