Icma.az
close
up
RU
Azərbaycan gimnastları Dünya oyunlarında medallara əsas namizədlər arasında İdman və Biz

Azərbaycan gimnastları Dünya oyunlarında medallara əsas namizədlər arasında İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu ilin əsas multi-idman tədbirlərindən biri avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya oyunları olacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan orada gimnastika yarışlarında geniş təmsil olunacaq.

İdmançılarımız tamblinq, həmçinin akrobatika və aerobikada öz bacarıqlarını nümayiş etdirəcəklər. Beynəlxalq Gimnastika Federasiyası (FIG) onları mükafatlara əsas namizədlərdən hesab edir.

Qurumun saytı aerobikada dünya çempionatının gümüş mükafatçısı Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüyünü vurğulayır.

“Braziliyalı cütlük Tamires Silva və Lukas Barbosa 2022-ci ildə ABŞ-ın Birmingem şəhərində keçirilən Dünya oyunlarında hazırkı dünya çempionlarını qızıl medal uğrunda mübarizədə qabaqlayaraq karyeralarının zirvəsinə çatıblar. İndi onlar Mustafayeva və Dolmatov tərəfindən daha böyük rəqabətə tab gətirməli olacaqlar. Azərbaycanlı qarışıq cütlük İtaliyada keçirilən dünya çempionatında yalnız yaponiyalılar Kitazuma Riri və Saito Mizukiyə uduzaraq, ən böyük sürprizə imza atıb və gümüş medal qazanıb”, - deyə FIG vurğulayır.

Akrobatika proqramında qarışıq cütlüklərin mübarizəsində ikiqat dünya çempionları Ağasif Rəhimov və Raziyə Seyidli, kişilər duetində ikiqat dünya çempionları Murad Rəfiyev və Daniel Abbasov, kişilərdən ibarət qrup yarışında isə dünya çempionatının bürünc medalçıları olmuş Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərov çıxış edəcəklər.

Gimaraeşdə keçirilən dünya çempionatında Azərbaycan komandası dörd qızıl, bir gümüş və üç bürünc medal qazanıb, komanda birinciliyində də yalnız Çinə uduzaraq ikinci olub. Düzdür, Dünya oyunlarında ev sahibləri daha yüksək nəticələr göstərməyə çalışacaqlar, amma hamının şansı var.

“Akrobatika üzrə bütün beş kateqoriya – kişi və qadın cütlükləri, qarışıq cütlüklər, kişi və qadın qrupları Çenqduda təmsil olunacaq. Dünya çempionatına əsaslanıb desək, bu hadisə əsl şou olacaq. Bir neçə komanda tədbir üçün yeni proqramlar hazırlamağı planlaşdırır”, - FIG qeyd edir.

Tamblinq yarışında isə ikiqat dünya çempionu Mixail Malkin mübarizə aparacaq.

“Akrobatik tullanışlar bu il Dünya oyunlarında da tamaşaçıları heyrətləndirməyə davam edəcək. Burada Azərbaycan, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, Portuqaliya və İspaniyadan yüksək səviyyəli gimnastlar çıxış edəcəklər”, - deyə FIG bildirir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri