Azərbaycan Gürcüstana qaz satışını artırdı
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 95,7 milyon ABŞ dolları dəyərində 791 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Milli.Az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.traflı
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 2,5 milyon dollar və ya 2,7%, həcminə görə isə 82,2 min kubmetr və ya 11,6% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir ölkədən - İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb./trend.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 26 May 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















