Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 % dən çox artırıb
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 141,215 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.
"Cebheinfo.az" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 3,8 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 3 milyard 756,532 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə bir il əvvələ nisbətən 60,3 % çoxdur.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Çin (566,837 milyon ABŞ dolları; 2,9 dəfə çox), Rusiya (523,214 milyon ABŞ dolları; 2,7 % çox), Türkiyə (323,079 milyon ABŞ dolları; 53,1 % çox), Bolqarıstan (188,944 milyon ABŞ dolları; 1,2 % az) və Ermənistan (161,526 milyon ABŞ dolları; 18,1 % çox) olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 Oktyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















