Icma.az
close
up
RU
“Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb”

“Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“15 İyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil - çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər yüz ilin tarixiləşən simvoludur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir. 1990-cı illərdə bir yazıçı parlament tribunasından “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” demişdi. Halbuki Qarabağ yalnız indi - təkcə işğaldan yox, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulandan sonra - həqiqətən də heç vaxt indiki qədər bizim olmayıb. Bəli, “erməni məsələsi” Azərbaycan coğrafiyasından kənara çıxarılıb.

Lakin təkcə azad Qarabağ yox, həm də Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb. Bakı da, neft də, torpaqlar da, bayraq da - bir sözlə, müstəqil dövlətin sahibi xalqımızdır. Azadlıq təkcə sovetlərdən xilas, yaxud 1993-cü ilin xaosundan qurtulmaq deyil, əsl Milli Qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır.

Prezident torpaqlarımızın azadlığından danışanda “mənim dövrümdə yetişən vətənpərvər gənclik” sözünü qürurla vurğulayır. Həqiqətdir. Lakin tarixə ədalətlə baxsaq, 1990-cı illərdə Ermənistanın təcavüzünə qarşı vuruşan oğullar da məhz Heydər Əliyevin sovet Azərbaycanında formalaşdırdığı nəsildir. Onlar məğlub olmadılar. Uduzan rəhbərlər idi.

Hər iki Qarabağ müharibəsi mahiyyətcə vahid bir savaşdır. Birincisi yarımçıq qalmışdı: çünki Ali Baş Komandansız idi. İkincisi İlham Əliyevin liderliyi ilə qalibiyyətlə başa çatdı: hər iki nəslin birgə iradəsindən Qələbə bayrağı ucaldı.

Biz Qurtuluşdan Zəfərə gələrək məğlubiyyət və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən, ömürlük köçkünlükdən əbədi xilas olduq”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri