Azərbaycan heç zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib MÜNASİBƏT BİLDİRİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan və İran tarixi qonşulardır. Onların münasibətləri regionda situasiyanın necə olacaqına çox ciddi təsir göstərir. Dövlətimiz qonşu ölkə ilə münasibətlərini hər zaman mehriban qonşuluq münasibətində qurulmasına çalışıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, İran tərəfi bunu hər zaman öz siyasətində hiss edib: "Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana bu gün başlanan səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanıram. Bu təkcə oturuşmuş münasibətlərin təsdiqi deyil, eyni zamanda gələcəyə açılan prespektivində müəyyənləşdirilməsidir. Bir çox sahələr üzrə əməkdaşlıq mümkündür. Bu əməkdaşlığa hazırlıq uzun müddətdir ki, gedir. Bu gün İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirəcək, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə iki ölkənin töhfəsinin verilməsinə səbəb olacaq. Hesab edirəm ki, yaranan istənilən problemin ilk növbədə mehriban qonşuluq ilə həll edilməsinə şərait yaradacaq. Azərbaycan cəmiyyəti İran prezidentinin ölkəmizə səfərindən xoş gəldin deyir və onun səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının müsbət nəticə verəcəyinə inanırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















