Azərbaycan heç zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib MÜNASİBƏT BİLDİRİLDİ
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan və İran tarixi qonşulardır. Onların münasibətləri regionda situasiyanın necə olacaqına çox ciddi təsir göstərir. Dövlətimiz qonşu ölkə ilə münasibətlərini hər zaman mehriban qonşuluq münasibətində qurulmasına çalışıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, İran tərəfi bunu hər zaman öz siyasətində hiss edib: "Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana bu gün başlanan səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanıram. Bu təkcə oturuşmuş münasibətlərin təsdiqi deyil, eyni zamanda gələcəyə açılan prespektivində müəyyənləşdirilməsidir. Bir çox sahələr üzrə əməkdaşlıq mümkündür. Bu əməkdaşlığa hazırlıq uzun müddətdir ki, gedir. Bu gün İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirəcək, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə iki ölkənin töhfəsinin verilməsinə səbəb olacaq. Hesab edirəm ki, yaranan istənilən problemin ilk növbədə mehriban qonşuluq ilə həll edilməsinə şərait yaradacaq. Azərbaycan cəmiyyəti İran prezidentinin ölkəmizə səfərindən xoş gəldin deyir və onun səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının müsbət nəticə verəcəyinə inanırıq".
Müəllif: Ziya Hikmətoğlu
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:73
Baxış sayı:73 Bu xəbər 28 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 28 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















