Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Buzovna" fizioterapiya, "Bilgəh" kardioloji və "Abşeron" mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzinə baxış keçirilib.
Səhiyyə naziri Teymur Musayevin də iştirak etdiyi tədbirdə məlumat verilib ki, Konfederasiya tərəfindən sağlamlıq və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır.
"Buzovna", "Bilgəh" və "Abşeron" sağlamlıq mərkəzlərində də şərait yaxşılaşdırılıb, ən müasir tibbi avadanlıqlarla təchiz edilib.
Mərkəzlərdə tibbi laboratoriyalar, müalicə və istirahət sahələri, tibbi xidmətlərin təşkili, istifadə edilən müasir avadanlıqlar və reabilitasiya prosedurları ilə tanışlıq olub. Vurğulanıb ki, mərkəzlərdə müalicə və reabilitasiya üçün müasir tibbi texnologiyalar tətbiq edilir.
Qeyd edilib ki, yollayışların verilməsi e-ahik elektron rezervasiya sistemi vasitəsilə həyata keçirilir. Sistem insan təması olmadan, sürətli və şəffaf şəkildə müraciət və qeydiyyat imkanı yaradır ki, bu da xidmətlərin əlçatanlığını və vətəndaş məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.
Səhiyyə naziri Teymur Musayev Konfederasiyanın sağlamlıq mərkəzlərində yaradılmış şəraiti, müasir tibbi avadanlıqlarla təchizatı, tibbi heyətin peşəkarlığını və göstərilən xidmətlərin keyfiyyətini yüksək dəyərləndirib.
Nazir həmçinin kadr hazırlığı və birgə layihələrin icrası istiqamətində Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















