Icma.az
close
up
RU
Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız Aprel döyüşləri zamanı da informasiya mübarizəsinə töhfələrini verib RƏY

Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız Aprel döyüşləri zamanı da informasiya mübarizəsinə töhfələrini verib RƏY

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

2016-cı ilin Aprel döyüşləri müasir Azərbaycanın hərb tarixinə yazılan qəhrəmanlıq səhifəsidir. Ermənistanın təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi igidlik və peşəkarlıqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin simvolu kimi yaddaşlarda qalan Aprel döyüşləri cəmi dörd günlük mübarizə ilə Azərbaycanın gücünü, əzmini və birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Vətənimizin bu şanlı səhifəsinin də dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu danılmazdır.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi.

“Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib, qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır, xalqımız işğala barışmadı. Aprel döyüşləri bir daha nümayiş etdirdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri xalqımızın müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan minlərlə vətənpərvər, igid oğullar yetişdirdiyini bir daha sübut etdi”.

Deputat bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyükdür: “Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verib. Azərbaycan həqiqətlərinin media tərəfindən dünyaya çatdırılmasındakı mühüm rolu danılmazdır. Medianın bu sahədə fəaliyyətlərini düzgün qurulmasının əhəmiyyəti olduqca zəruridir. Biz uzun illər məhz  beynəlxalq aləmə Azərbaycanın həqiqətlərinin düzgün çatdırılmamasının zərərini gördük. İndi isə bu sahədə vəziyyət tam fərqlidir. Düşünürəm ki, burada əsas təsiredici faktor ölkə başçısının məhz medianın vasitəsi ilə bütün gücü sayəsində erməni riyakarlığını ifşa etməsi oldu”.

"Azxeber.com" saytının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli isə deyib ki, Azərbaycan mətbuatı istər Aprel döyüşlərindən, istərsə də Vətən müharibəsindən, eləcə də anti-terror əməliyyatlarından uğurla, üzüağ çıxıb:

“Aprel döyüşləri zamanı Azərbaycan jurnalistlərinin fəallığı, hadisələri obyektiv işıqlandırması, döyüşlər haqqında dünya ictimaiyyətini məlumatlandırması baxımından çox önəmli idi. Aprel döyüşləri ilə Azərbaycan Ordusunun qələbəsinin əsası qoyuldu və bu, Azərbaycan mediasının da informasiya müharibəsində qələbəsini şərtlərindirən amillərdən biri oldu. Bundan sonrakı mərhələdə də Azərbaycan jurnalistləri, ölkə mediası Qarabağ həqiqətləri, eyni zamanda Ermənistanın təcavüzkar siyasəti ilə bağlı məsələlərdə dünya ictimaiyyətini məlumatlandırdı. Sonda Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi mətbuat sahəsində də öz qələbəsini qazandı. Xüsusi qeyd etmək lazımdır ki, Aprel döyüşlərinin Ermənistanın uzun illər formalaşdırdığı xofların məhv edilməsi istiqamətində çox böyük əhəmiyyəti var. Belə ki, erməni diasporunun, Ermənistanın informasiya savaşındakı gücünün əslində heç bir həqiqətə uyğun olmadığını, boş söz olduğunu, Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətinin, xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycan mətbuatının da informasiya sayəsində göstərdiyi şücaətlə puç olduğunu nümayiş etdirdik. Təbii ki, bundan sonrakı mərhələdə Azərbaycan növbəti tarixi zəfərlərini məhz hər sahədə qazandı”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaxanım ana oldu

04 İyul 2025 15:22see141

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see125

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see121

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see114

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see113

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see112

Rus menecerləri kim öldürür? Son 3 ildə 17 si ölüb

04 İyul 2025 16:27see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri