Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib RƏSMİ BAKI
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycanın mövqeyi hər zaman aydın və prinsipial olub. Rusiya-Ukrayna müharibəsinin başlanmasından etibarən ölkəmiz həm Rusiya, həm də Ukrayna ilə münasibətləri səmərəli şəkildə qoruyub saxlayıb."
BAKU,WS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycan beynəlxalq hüquqa sadiqliyini qoruyaraq, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib:
"Bu ədalətli yanaşma qarşı tərəf tərəfindən həmişə anlayışla qarşılanıb."
Xarici işlər naziri qeyd edib ki, son dövrdə Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlik AZAL-a məxsus təyyarənin vurulması və bu sahədə baş verən digər proseslərlə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















