Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 avqust, AZƏRTAC
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində ABŞ-nin Müdafiə Dil İnstitutu təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə institutun rəhbərliyi, Xarici Dil Mərkəzinin professor-müəllim heyəti və kursa cəlb olunan hərbi qulluqçular iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər müasir dövrdə xarici dil biliklərinin hərbi qulluqçuların peşəkar hazırlığının mühüm istiqamətlərindən biri olduğunu bildirib, kurs iştirakçılarına uğurlar arzulayıblar. Bildirilib ki, 4 ay davam edəcək kurs müddətində ABŞ-nin Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən iştirakçıların xarici dil üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq məşğələlər keçiriləcək.
Sonra kursun təşkili və tədris prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Avqust 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















