Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edildi FOTO
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Ötən ilin dekabrında 1-ci dərəcəli kapitan Şahin Məmmədovun Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edildiyi barədə xəbər yayılmışdı. İndi isə aydın olub ki, həmin vaxt sadəcə, sözügedən vəzifənin icrası müvəqqəti olaraq, Ş.Məmmədova həvalə olunub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu günlərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin olunması barədə sərəncam imzalanıb.
Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Xatırladırıq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb.
12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov 2024-cü il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.

Zaur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















