Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Qışda soyuqdan qaçmaq üçün 5 möhtəşəm məkan: həm isti, həm də ucuz

Qışda soyuqdan qaçmaq üçün 5 möhtəşəm məkan: həm isti, həm də ucuz

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qış aylarında Avropanın boz, yağışlı və soyuq şəhərlərindən uzaqlaşmaq istəyənlər üçün maraqlı alternativlər var.

Avropanın cənubunda yerləşən bəzi dənizkənarı şəhərlərdə hətta yanvar ayında havanın temperaturu 22 dərəcəyə çatır. Üstəlik, yay mövsümündən fərqli olaraq, burada turist sıxlığı azalır, otellər isə daha münasib qiymətlər təklif edir.

Lent.az xarici mediaya istinadən qışda həm isti hava, həm sakitlik, həm də sərfəli istirahət axtaranlar üçün beş istiqaməti təqdim edir.

İspaniya – Qaraçiko, Tenerife

Qışda gündüz havanın temperaturu burada orta hesabla 21-22 dərəcəyə çatır. Dekabrdan mart ayına qədər okean suyunun temperaturu isə 19-21 dərəcə arasında dəyişir.

Qaraçiko Tenerife adasının şimal sahilində yerləşir. Ada İspaniyaya məxsus olsa da, Afrika qitəsinin qərb sahilləri yaxınlığında, İspaniyanın materik hissəsindən təxminən min kilometr məsafədədir.

Burada hava ilboyu nisbətən mülayim olur. İsti geyimə əsasən qarlı Teyde vulkanına qalxmaq istəyən turistlərin ehtiyacı yarana bilər.

Şəhərin mərkəzində taxta eyvanlı tarixi binalar, müstəmləkə dövrünə aid meydan və XVI əsrdə inşa edilmiş Santa Ana kilsəsi yerləşir.

1706-cı ildə baş vermiş vulkan püskürməsindən sonra kilsə bərpa edilib. Həmin püskürmə sahil boyunca lavadan yaranmış təbii hovuzlar da formalaşdırıb.

El Kaleton adlanan bu hovuzlarda dalğalar sakit olduqda çimmək mümkündür. Təhlükəsizlik üçün xüsusi su ayaqqabılarından istifadə tövsiyə olunur.

2026-2027-ci illərin qış mövsümü üçün təxmini qiymətlər:

• Ucuz qonaq evi və ya mənzil – gecəsi 85-125 dollar

• Qaraçikoda otel – gecəsi 130-195 dollar

• Yerli restoranda nahar – 14-23 dollar

• Kortado qəhvəsi – 2-3 dollar

• Yerli pivə – 2,5-4 dollar

• El Kaleton təbii hovuzları – pulsuz

Malta – Tarix və sakitlik axtaranlar üçün

Maltada qış aylarında havanın temperaturu 15-17, dəniz suyunun temperaturu isə 15-18 dərəcə arasında dəyişir.

Yayda temperaturun 38 dərəcəyə yaxınlaşdığı adada küçələr turistlərlə dolur. Qışda isə burada daha sakit atmosfer hökm sürür.

Paytaxt Vallettada yerləşən kafedralda məşhur rəssam Karavaccionun əsərlərini rahatlıqla seyr etmək mümkündür.

“Sakit şəhər” kimi tanınan orta əsr şəhəri Mdina da qış aylarında adına uyğun mənzərə yaradır.

Hətta Mişlen ulduzlu “de Mondion” restoranında bir neçə gün əvvəldən rezervasiya etmədən yer tapmaq yayla müqayisədə daha asan ola bilər.

Dəniz sərin olsa da, qısa müddətli çimərlik istirahətini sevənlər üçün müəyyən imkanlar var.

Maltada ən maraqlı fəaliyyətlərdən biri bərə ilə qonşu Qozo adasına getməkdir.

Burada daş tikililərdən ibarət qədim şəhərlər, təpə üzərində qala və firuzəyi rəngli körfəzlər yerləşir. Üstəlik, turist sıxlığı da nisbətən azdır.

2026-2027-ci illərin qış mövsümü üçün təxmini qiymətlər:

• Ucuz otel və ya qonaq evi – gecəsi 70-110 dollar

• Vallettada butik otel – gecəsi 110-185 dollar

• Yerli restoranda nahar – 15-25 dollar

• Kapuçino – 2,5-4 dollar

• Avtobus bileti – təxminən 2,25 dollar

• Qozoya gediş-dönüş bərə bileti – piyada sərnişin üçün təxminən 5,25 dollar

Yunanıstan – Krit adasında Aios Nikolaos

Krit adasının şərqində yerləşən Aios Nikolaos şəhərində qışda gündüz temperaturu 14-16 dərəcə, dəniz suyunun temperaturu isə 15-18 dərəcə olur.

İrakliondan təxminən bir saatlıq məsafədə yerləşən şəhər dairəvi gölün ətrafında salınıb.

Yunan mifologiyasına görə, ilahə Afina vaxtilə bu göldə çimib.

Gölün sahilində kafelər, yuxarı hissələrdə isə piyadalar üçün küçələr və ənənəvi yunan restoranları yerləşir.

Nəşr xüsusilə Krit mətbəxinin yeməklərini təqdim edən ailəvi “Avli” restoranını tövsiyə edir.

Dənizdə çimmək istəyənlər şəffaf suyu ilə seçilən Kitroplatiya çimərliyinə üz tuta bilərlər. Qışda burada demək olar ki, turist olmur.

Bundan başqa, əvvəllər cüzam xəstələrinin təcrid olunduğu Spinalonqa adasına səfər etmək mümkündür.

Lakin qış mövsümündə adaya qayıqlar az işlədiyindən səfərdən əvvəl hərəkət cədvəlini dəqiqləşdirmək lazımdır.

2026-2027-ci illərin qış mövsümü üçün təxmini qiymətlər:

• Ucuz otel və ya qonaq evi – gecəsi 55-90 dollar

• Üçulduzlu otel – gecəsi 75-120 dollar

• Krit restoranında nahar – 13-22 dollar

• Freddo kapuçino – 3-5 dollar

• Yerli pivə – 3-5 dollar

Kipr – Pafos

Pafosda qış aylarında gündüz havanın temperaturu 17-19 dərəcə arasında dəyişir. Dəniz suyunun temperaturu da təxminən 17-19 dərəcə olur.

Kipr Avropa İttifaqının üzvüdür, lakin coğrafi baxımdan Qərbi Asiyada yerləşir. Ada Türkiyədən təxminən 72 kilometr məsafədədir.

Burada qış günləri Avropanın bir çox şəhərləri ilə müqayisədə daha günəşli və mülayim keçir.

Turistlərin əksəriyyəti Pafosa dəniz və sakitlik üçün gəlsə də, şəhər zəngin tarixi irsi ilə də seçilir.

Burada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qayalarda oyulmuş Kral məzarları yerləşir.

Kato-Pafos arxeoloji kompleksində isə II əsrə aid Dionis evi, mifoloji təsvirlərlə bəzədilmiş mozaikalar və Roma dövrünə aid qədim teatr var.

Qışda dağlıq ərazidə yerləşən Omodos kəndinə səfər etmək də maraqlı seçimdir.

Kənd ailəvi şərab istehsalı müəssisələri və orta əsr monastırı ilə tanınır.

2026-2027-ci illərin qış mövsümü üçün təxmini qiymətlər:

• Ucuz otel və ya mənzil – gecəsi 65-105 dollar

• Dördulduzlu otel – gecəsi 110-170 dollar

• Kipr restoranında nahar – 15-25 dollar

• Kapuçino – 3-5 dollar

• Yerli pivə – 3-5 dollar

• Kato-Pafos arxeoloji parkına giriş – təxminən 5 dollar

Portuqaliya – Tavira

Portuqaliyanın cənubunda yerləşən Tavirada qışda havanın temperaturu 16-18 dərəcə, dəniz suyunun temperaturu isə 16-17 dərəcə olur.

“Travel Off Path” nəşri Taviranı Portuqaliyanın cənubundakı ən gözəl kiçik şəhərlərdən biri hesab edir.

Turistlərin böyük hissəsi Alqarve bölgəsinin daha məşhur kurortlarına üz tutduğundan Tavira nisbətən sakit qalır.

Şəhər Faro hava limanından avtomobillə təxminən 35-40 dəqiqəlik məsafədə yerləşir.

Taviranın mərkəzindən çay keçir. Çayın üzərində xalq arasında “Roma körpüsü” adlandırılan, lakin daha çox orta əsrlərə aid olduğu hesab edilən tarixi körpü var.

Yaxınlıqdakı “Pastelaria Tavirense” kafesində məşhur portuqal şirniyyatı pastel-de-nata və qəhvəni birlikdə 5 dollardan aşağı qiymətə dadmaq mümkündür.

Turistlər XI əsrə aid, Mavr dövrünün divarları ilə əhatələnmiş qalaya da qalxa bilərlər.

Ria-Formoza təbiət parkı isə qışda quşları müşahidə etmək üçün əlverişli məkan hesab olunur.

2026-2027-ci illərin qış mövsümü üçün təxmini qiymətlər:

• Ucuz qonaq evi – gecəsi 60-95 dollar

• Üçulduzlu otel – gecəsi 85-125 dollar

• Portuqal restoranında nahar – 12-20 dollar

• Pastel-de-nata şirniyyatı – 1,5-2,5 dollar

• Bika qəhvəsi – 1,5-2,5 dollar

• İlya-de-Tavira adasına gediş-dönüş bərə bileti – təxminən 3 dollar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri