Kennedi ailəsi Tramp Administrasiyasını məhkəməyə verdi
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin tanınmış Kennedi ailəsi Donald Tramp hökumətinin təklif etdiyi 250 fut (təqribən 76.2 metr) hündürlüyündəki zəfər tağının tikintisinə qarşı çıxaraq Vaşinqtondakı federal məhkəməyə şikayət edib.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məhkəmə prosesində ailənin doqquz nümayəndəsi iddiaçı qismində iştirak edir. Şikayətçilərin sözlərinə görə, həmin abidə Arlinqton milli qəbiristanlığında dəfn olunmuş qohumlarının, xüsusən də Con Kennedinin Əbədi məşəlinin və həyatını itirmiş yüzminlərlə amerikalı hərbçinin xatirə komplekslərinin görünüşünə mane olacaq. Ailə üzvləri qeyd edirlər ki, Linkoln Memorialını hündürlüyünə görə iki dəfə üstələyən və 25 mərtəbəli ofis binası böyüklüyündə olan bu layihənin icrasına administrasiya tərəfindən çox tələsik başlanılıb.
Bu addımla Kennedilər Virciniya və Vaşinqton rəhbərliyinin, həmçinin veteran təşkilatlarının və Arlinqton dairəsinin ötən ay qaldırdığı bənzər iddiaya dəstək veriblər. Şikayətçilərin hüquqlarını qoruyan Demokratiyanın Müdafiəsi Fondunun vəkilləri Stiv Conas və Norman Eyzen bildiriblər ki, bu layihə hərbi qəbiristanlığın fəaliyyətinə, qəhrəmanların əziz xatirəsinə qarşı qanunsuz bir müdaxilədir. Hüquqşünasların qənaətinə görə, belə nəhəng miqyaslı tikinti işlərinə yalnız ABŞ Konqresi icazə vermək səlahiyyətinə malikdir.
Qeyd edək ki, keçən həftə federal məhkəmənin hakimi tikinti sahəsində bütün fəaliyyətləri qadağan edən qərar qəbul edərək, tağın inşasını 14 gün müddətinə dayandırıb. Donald Tramp prezidentlik müddətinin bitməsinə qalan iki il ərzində bu abidənin inşasını tamamlamağı hədəfləsə də, başlanan məhkəmə prosesləri tikinti qrafikinin pozulmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















