Icma.az
close
up
RU
Azərbaycan Hindistan əlaqələri Nələr dəyişəcək?

Azərbaycan Hindistan əlaqələri Nələr dəyişəcək?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasındakı münasibətlərdə mühüm bir mərhələ kimi qiymətləndirilir. "Bu yüksəksəviyyəli görüş Azərbaycan-Hindistan əlaqələrində pozitiv dəyişikliklərin, qarşılıqlı anlayışın və müsbətə doğru dinamik irəliləyişin bariz göstəricisidir", - o vurğulayıb.

Deputat bildirib ki, ​müasir dövrdə Azərbaycan və Hindistanı yalnız tarixi bağlar deyil, həm də strateji iqtisadi layihələr birləşdirir: "Hindistan Azərbaycanın neft-qaz layihələrində yaxından iştirak edir və Azərbaycan neftinin əsas alıcılarından biridir.

​İqtisadi sahədəki əməkdaşlığın miqyası getdikcə genişlənir. Son keçirilən İnvestisiya Forumunda Azərbaycana 125 milyon dollar həcmində sərmayə yatıran şirkətlərdən birinin məhz Hindistana məxsus olması iki ölkə arasındakı iqtisadi etimadın və investisiya cəlbediciliyinin əyani sübutudur".

M. İbrahimqızı əlavə edib ki, ​Azərbaycan və Hindistan qlobal miqyaslı təşəbbüslərdə, o cümlədən Qlobal Cənub çərçivəsində tərəfdaşlıq edirlər: "Qlobal nəqliyyat və dəhliz layihələri iki ölkənin regional və beynəlxalq inteqrasiyasına xidmət edir.

​Bundan əlavə, Hindistan hazırda texnologiyalar, rəqəmsal infrastrukturların qurulması və innovasiyalar sahəsində dünyada aparıcı mövqelərdən birini tutur. Azərbaycanın rəqəmsallaşma və yüksək texnologiyalar sahəsindəki prioritetləri Hindistanın bu təcrübəsindən faydalanmaq üçün geniş imkanlar açır.

​Digər sürətlə inkişaf edən istiqamət isə turizm sektorudur. Son illərdə Hindistandan Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur. İki ölkə arasında birbaşa uçuşların və vizasız/asanlaşdırılmış viza rejiminin tətbiqi turizm potensialını daha da artırır. Qarşıdan gələn dövrdə turizm sektorunun ikitərəfli münasibətlərin ən hərəkətverici qüvvələrindən birinə çevriləcəyi gözlənilir".

Deputat sonda onu da qeyd edib ki, ​Hindistan müasir dünya arenasının ən vacib və sürətlə böyüyən güclərindən biridir. "Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafı, praqmatik dialoqun saxlanılması və potensial imkanlardan səmərəli istifadə olunması hər iki dövlətin milli maraqlarına tam cavab verir. Prezident İlham Əliyevin qəbulu ilə sürətlənən bu dialoq gələcəkdə daha geniş tərəfdaşlığın təməlini qoyur",- o vurğulayıb.

Mürtəza 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Oktyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri