Icma.az
close
up
RU
Azərbaycan Hökumətinin missiyası Banqladeşdə: İkitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Hökumətinin missiyası Banqladeşdə: İkitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 28-29-da xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Hökumət missiyası Banqladeş Xalq Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Elnur Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il iyulun 3-4-də Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə toplantısında xüsusi qonaq qismində dəvət məktubunu Baş müşavirə təqdim edib.

Həmçinin E.Məmmədovun xarici işlər naziri Touhid Hossain ilə ikitərəfli görüşü keçirilib.

Görüşlərdə Banqladeş tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Banqladeşin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Banqladeş xarici işlər katibi Caşim Uddin rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, enerji, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Banqladeş Respublikasının müvafiq dövlət qurumları arasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib. Banqladeşin İnvestisiya İnkişafı İdarəsində baş tutan dəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniş təqdimatla çıxış ediblər.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Banqladeşin Xarici Siyasət Akademiyasının rəhbəri ilə də görüşüb və Akademiyanın tələbələri qarşısında “Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə ilə çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri