Icma.az
close
up
RU
Azərbaycan humanizm prinsiplərinə daim sadiqdir Şərh

Azərbaycan humanizm prinsiplərinə daim sadiqdir Şərh

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Yaxın Şərqdə davam edən gərginlik və regional qarşıdurmalar beynəlxalq münasibətlər sistemində yeni geosiyasi reallıqlar formalaşdırır. Bu proseslər yalnız Yaxın Şərq regionunun deyil, bütövlükdə Avrasiya məkanının təhlükəsizlik arxitekturasına təsir göstərir. Belə mürəkkəb şəraitdə dövlətlərin məsuliyyətli və balanslı siyasəti xüsusi əhəmiyyət kəsb edir”. 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan bu baxımdan praqmatik və prinsipial xarici siyasət yürüdən ölkə kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə hörmətə və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanır. Yaxın Şərqdə baş verən humanitar böhranlar fonunda Azərbaycan daim humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə humanitar yardım təşəbbüslərində fəal iştirak edir, münaqişələrdən zərər çəkmiş əhaliyə dəstək göstərir və humanitar diplomatiyanın gücləndirilməsinə töhfə verir. Azərbaycanın humanitar siyasəti yalnız bəyanatlarla məhdudlaşmır. Ölkəmiz humanitar layihələr, yardım proqramları və beynəlxalq təşəbbüslər vasitəsilə qlobal humanitar gündəliyin formalaşmasına real töhfə verir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan regionda yeni əməkdaşlıq modelinin formalaşdırılması təşəbbüsü ilə çıxış edir. Rəsmi Bakı regionda dayanıqlı sülhün təmin olunması üçün konstruktiv dialoq və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasını dəstəkləyir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri,  o cümlədən Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi strateji təşəbbüslər  regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verir. “Yaxın Şərqdə gərginliyin artması fonunda İran ətrafında baş verən hadisələr də regional təhlükəsizlik mühitinə təsir göstərən amillərdən biridir. Azərbaycan region dövlətləri ilə münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan siyasət yürüdür. Eyni zamanda, ölkəmiz milli təhlükəsizliyinə və dövlət maraqlarına yönəlmiş istənilən təhdid və ya təxribatlara qarşı qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət yürüdür və regionda sabitliyin qorunmasını prioritet hesab edir”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, bəzi dairələr tərəfindən Azərbaycana qarşı informasiya manipulyasiyaları və siyasi təxribat cəhdləri müşahidə olunur. Lakin bu cür cəhdlər ölkəmizin beynəlxalq nüfuzuna və müstəqil siyasətinə təsir göstərə bilmir. Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir və regionda sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasəti davam etdirir. Ölkəmizin siyasi sabitliyi və strateji mövqeyi bu cür təzyiq və təxribatların nəticəsiz qalacağını göstərir.

Millət vəkili vurğulayıb ki, mövcud geosiyasi dəyişikliklər fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və iqtisadi tərəfdaşlıq bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və etibarlı enerji tərəfdaşı kimi tanınır. Eyni zamanda, ölkəmiz nəqliyyat və logistika layihələri vasitəsilə Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır. 

“Bugünkü mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın siyasəti praqmatizm, balans və məsuliyyət prinsiplərinə əsaslanır. Ölkəmiz regionda sabitliyin qorunmasına, qarşıdurmaların azaldılmasına və əməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verməyə davam edir. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan öz müstəqil xarici siyasət kursunu davam etdirərək həm regionda, həm də beynəlxalq müstəvidə sabitlik və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır”,-deyə deputat söyləyib.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Mart 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri