Icma.az
close
up
RU
Azərbaycan İƏT əlaqələrinin strateji önəmi artır

Azərbaycan İƏT əlaqələrinin strateji önəmi artır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dayanıqlı inkişaf və “yaşıl” gündəlik tərəfdaşlığı Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) həyata keçirdiyi iqtisadi təşəbbüslərin və regional liderlik mövqeyinin ölkəmizin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazandığını diqqətə çatdırıb.

Dövlətimizin başçısı daha sonra deyib: “Bu təşkilatın çox böyük potensialı var və Xankəndidə Zirvə görüşündə biz bu təsisata yeni bir ölçü gətirmək istədik. Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, – bildiyiniz kimi, o, pakistanlıdır, – razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları reallaşdı. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər”.

Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycan İƏT-in daha güclü və səmərəli fəaliyyət göstərməsini istəyir, çünki bunu üzv ölkələrin məlum potensialı şərtləndirir. Üzv dövlətlər arasında daha fəal və bir o qədər də fəal olmayan ikitərəfli münasibətlər var, lakin Azərbaycana çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, respublikamız səyləri qiymətləndirərək, öhdəliyi sədr kimi öz üzərinə götürür.

Azərbaycan Respublikası ilə İƏT arasında formalaşmış münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Regionda və beynəlxalq arenada artan iqtisadi və siyasi çəkisi ilə seçilən Azərbaycan bu əməkdaşlıq platformasında fəal tərəfdaş kimi çıxış edir. Ölkəmizin İƏT çərçivəsində apardığı çoxşaxəli fəaliyyətlər yalnız milli maraqların təmin olunmasına deyil, həm də təşkilat daxilindəki əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Qeyd edək ki, 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən əsası qoyulan İƏT bu gün Mərkəzi və Cənubi Asiya, Qafqaz və Yaxın Şərqin 10-dan artıq ölkəsini əhatə edən mühüm regional təşkilata çevrilib. Təşkilat üzv ölkələr arasında ticarət, investisiya axını, nəqliyyat, energetika, kənd təsərrüfatı və turizmin inkişafını hədəfləyib. Azərbaycan 1992-ci ildən etibarən bu qurumun tamhüquqlu üzvüdür və ötən dövrdə bu platforma çərçivəsində çoxsaylı təşəbbüslərlə çıxış edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılan və çevik xarici siyasət İƏT ilə əməkdaşlıqda da öz əksini tapır. Azərbaycan təşkilatın tədbirlərində fəallıq göstərir, regional enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edərək, İƏT ölkələri ilə əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verir. Məsələn, Bakı – Tbilisi – Qars dəmir yolu, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi strateji layihələr təkcə Azərbaycan üçün deyil, İƏT üzv dövlətləri ilə də mühüm tranzit, eləcə də iqtisadi imkanlar açır.

Azərbaycanın həm Türk Dövlətləri Təşkilatına, həm də İƏT-ə üzv olması bu iki regional platformanın bir-birini tamamlamasına şərait yaradır. Xüsusilə, türk dövlətləri ilə iqtisadi inteqrasiya prosesində İƏT-in yaratdığı ticarət və investisiya imkanları qarşılıqlı faydanın artırılmasına xidmət edir. Azərbaycan, bu mənada, Mərkəzi Asiya ilə Yaxın Şərqi birləşdirən mühüm körpü rolunu oynayır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri İƏT ölkələri ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Azərbaycan bu ölkələrlə infrastrukturun qurulması, kənd təsərrüfatı layihələrinin icrası, enerji və logistika sahələrində əməkdaşlığı təşviq edir. 2023-cü ildə Şuşada keçirilən İƏT-in xüsusi toplantısı bu baxımdan tarixi əhəmiyyət daşıyır.

Azərbaycan uzun illərdir ki, enerji sahəsində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin neft və təbii qaz ehtiyatları, alternativ və bərpaolunan enerji sahəsində inkişaf strategiyası İƏT çərçivəsində daha səmərəli əməkdaşlıq imkanları yaradır. Xüsusilə, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarına çıxarılması məsələsində Azərbaycan tranzit ölkə kimi mühüm rol oynayır.

İƏT-in əsas məqsədlərindən biri də üzv ölkələr arasında azad ticarət məkanının yaradılmasıdır. Azərbaycan bu istiqamətdə gömrük və logistika infrastrukturunu daim təkmilləşdirir. İƏT-in “Ticarətin asanlaşdırılması strategiyası” çərçivəsində Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və digər təşəbbüslər Azərbaycanın regional ticarət qovşağına çevrilməsinə xidmət edir.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə və “yaşıl” enerji keçidi İƏT əməkdaşlığında da prioritet mövzulardan biri kimi ön plana çıxır. Azərbaycanın bu sahədə təcrübəsi və siyasi iradəsi təşkilatın digər üzvləri üçün nümunə ola bilər. “Yaşıl” enerji, su ehtiyatlarının idarə olunması, ekoloji texnologiyaların tətbiqi kimi mövzularda İƏT – Azərbaycan əməkdaşlığı geniş imkanlar vəd edir.

Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi deyil, həm də mədəni-humanitar sahələrdə fəallıq göstərir. Bakı prosesi və mədəniyyətlərarası dialoq təşəbbüsləri, həmçinin ölkəmizdə keçirilən beynəlxalq forumlar təşkilatın ideyalarının təbliğinə töhfə verir. Bu, eyni zamanda, Azərbaycanın mədəni diplomatiya sahəsində artan nüfuzunu əks etdirir.

Azərbaycan ilə İƏT arasında əlaqələrin yeni mərhələyə keçidi strateji baxımdan qarşılıqlı etimada, ortaq maraqlara və regional təhlükəsizlik prioritetlərinə əsaslanır. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün aşağıdakı istiqamətlər önə çıxır:

– üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi;

– birgə sərmayə fondlarının yaradılması;

– rəqəmsal iqtisadiyyat və texnologiya sahəsində əməkdaşlıq;

– gənclər və qadın sahibkarlığının təşviqi;

– regional risklərə qarşı ortaq cavab mexanizmlərinin qurulması.

Qeyd edək ki, Azərbaycan – İƏT münasibətləri təkcə iqtisadi maraqların deyil, həm də ümumi inkişafın və sabitliyin təmin olunmasının mühüm vasitəsinə çevrilib. Bu əməkdaşlıq həm region daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın artan rolunun və çoxşaxəli diplomatiyasının göstəricisidir. İnanmaq olar ki, qarşıdakı dövrlərdə Azərbaycan İƏT platformasında daha mühüm təşəbbüslər səsləndirəcək və təşkilatın inkişafında aparıcı rollardan birini oynamaqda davam edəcək.

Azərbaycan İƏT-in fəal və təşəbbüskar üzvlərindən biri kimi regional əməkdaşlıq platformalarında iştirakı daim diqqətdə saxlayıb. Respublikamızın geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları və enerji resursları ölkəmizi İƏT üçün strateji tərəfdaşa çevirib. Bu baxımdan Bakı – Tbilisi – Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələr İƏT məkanında inteqrasiyanı gücləndirən mühüm vasitələrdir.

Azərbaycan indiyədək həm də nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması və “yaşıl” enerji əməkdaşlığı sahəsində İƏT çərçivəsində bir sıra təşəbbüslərlə çıxış edib. 2021-ci ildə bu təşkilatın Turizm Nazirləri Şurasının Bakıda keçirilən toplantısı və 2023-cü ildə İƏT Gənclər Forumu kimi tədbirlər də Azərbaycanın quruma verdiyi əhəmiyyətin göstəriciləridir.

Sonda qeyd edək ki, İƏT-in əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Hazırda təşkilata 10 ölkə daxildir. Azərbaycanın təşkilata üzv ölkələrlə iqtisadi-ticari əlaqələri artan dinamika üzrə inkişaf edir. Belə ki, 2024-cü ilin göstəricilərinə görə, qardaş Türkiyə ilə iqtisadi ticarət həcmi 7,9 milyard dollardır.

Ticarət həcmi Azərbaycanın bu ölkələrlə olan toplam ticarət dövriyyəsinin 77 faizini təşkil edir. Digər ölkələrin də payı məhz qonşuluq prinsipi üzrə bölünür. Məsələn, İranla ötənilki ticarət dövriyyəmiz 647 milyon dollar olub ki, bu da İƏT üzvləri ilə ticarət dövriyyəmizin 8,9 faizinə bərabərdir.

Ötən il Qazaxıstanla illik ticarətimiz 470 milyon dollar və ya təşkilatdaxili toplam ticarətimizin 6 faizinə bərabər olub. Digər yaxın qonşumuz Türkmənistanla illik ticarət dövriyyəmiz isə 384 milyon dollar və ya ümumi dövriyyənin 4,9 faizinə bərabərdir. Özbəkistanla Azərbaycan arasında 2024-cü il üçün ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 40 faiz artaraq 252 milyon dollara yüksəlib. 2024-cü ildə Pakistan ilə ticarət dövriyyəmiz 22 milyon dollar, Əfqanıstanla 800 min dollar, Tacikistan ilə 7 milyon dollar, Qırğızıstan ilə 4 milyon dollar olub.

Göründüyü kimi, təşkilata üzv bir çox ölkələrlə ticarət dövriyyəmiz mövcud potensialı əks etdirmir. Buna səbəb kimi qeyd olunan ölkələrdə logistika və nəqliyyat infrastrukturunun inkişaf etməməsi, enerji sahəsində investisiyaların qıtlığı və geosiyasi risklər ola bilər. Bu ölkələr çox nadir metallarla zəngindirlər. Əfqanıstan litium, nikel, kobalt, mərmər və nadir metallarla zəngindir ki, bu gün həmin metallardan yüksək texnoloji məhsulların istehsalında istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri