Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Xəzərətrafı ölkələrlə əməkdaşlığın önəmi artır

Xəzərətrafı ölkələrlə əməkdaşlığın önəmi artır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu günlərdə İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçirilir və bu toplantı 5 Xəzəryanı dövlət – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Noyabrın 18–19-da keçirilən iclasda qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarının artırılması, balıqçılıq və bioresursların qorunması, qarşılıqlı sərmayə yatırımı, ekoloji təhlükəsizlik və xüsusən də Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı əsas müzakirə mövzularıdır. Məclisdə rəsmi şəxslərlə yanaşı, Xəzəryanı ölkələrin İranda akkreditə olunmuş diplomatları, iş adamları və biznes strukturlarının nümayəndələrinin iştirakı regional iqtisadi əməkdaşlığa işgüzar dinamika əlavə edir. Azərbaycan görüşdə Xəzər sahilində yerləşən rayonların rəhbərləri vasitəsilə təmsil olunur.

Rəşt görüşü Xəzər regionunda iqtisadi əməkdaşlıq üçün koordinasiya platforması funksiyasını yerinə yetirir. Müzakirələr ticarət dövriyyəsinin artımını, tranzit dəhlizlərinin səmərəli istifadəsini və ekoloji risklərin azaldılmasını hədəfləyir. Azərbaycanın bu cür toplantılarda aktiv iştirakı ölkəni regional nəqliyyat-logistika mərkəzinə çevirir və yaxın illərdə Şimal-Cənub dəhlizi, Rəşt–Astara dəmir yolu, yeni sərhəd keçidi və Ələt limanı vasitəsilə Xəzər iqtisadiyyatına daha böyük töhfə verilməsi gözlənilir. Bu isə ölkənin ticarət və tranzit imkanlarını strateji səviyyədə artırır.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, Rusiya ilə ticarət dövriyyəsi yanvar–sentyabr aylarında 3,659 milyard ABŞ dolları olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faizlik artım deməkdir. Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10,34 faizini təşkil edib. Bununla da Rusiya Azərbaycanla ən böyük ticarət dövriyyəsinə malik ölkələr arasında 3-cü yeri tutub. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya ixracın həcmi 883,6 milyon ABŞ dolları olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,8 faiz çoxdur. Eyni zamanda, göstərilən dövrdə Rusiyadan Azərbaycana idxalın həcmi 2,775 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 135 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İran arasındakı ticarət əlaqələrində Rusiyadan fərqli olaraq azalma müşahidə olunub. Dövlət Gömrük Komitəsinin hesabatlarında qeyd olunub ki, bu dövrdə Azərbaycanın İslam Respublikasına ixracı 7 milyon 212,53 min ABŞ dolları olub. Eyni dövrdə Azərbaycanın İrandan idxalı 450 milyon 401,50 min ABŞ dolları təşkil edib. Ötən ilin ilk 9 ayında İrana ixrac 10 milyon 40,2 min ABŞ dolları, İrandan Azərbaycana idxal isə 453 milyon 355,79 min ABŞ dolları olmuşdu. Bu isə o deməkdir ki, 2025-ci ilin yanvar–sentyabrında Azərbaycanla İran arasındakı ticarətində ixrac təxminən 28 faiz, idxal isə təxminən 0,65 faiz azalıb.

Xəzər sahilində yerləşən Qazaxıstanın Azərbaycan ilə ticarətinin həcmi bu ilin yanvar-sentyabr aylarında 358,2 milyon dollar və ya hesabat dövründə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib. Qazaxıstan Milli Statistika Bürosunun yaydığı məlumata görə, Azərbaycana ixrac 302,5 milyon dollara çatıb ki, bu da ümumi ixracın 0,5 faizini təşkil edir. Azərbaycandan malların idxalı isə 55,7 milyon dollar və ya ümumi ixracın 0,1 faizini təşkil edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Türkmənistan və Azərbaycan arasında ticarət dövriyyəsi 140,2 milyon ABŞ dolları təşkil edib. Altı ay ərzində Azərbaycanın ümumi xarici ticarətinin 0,57 faizi Türkmənistanın payına düşüb. Azərbaycanın Türkmənistana ixracı 30,3 milyon ABŞ dolları, Türkmənistandan idxalı isə 109,8 milyon ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycandan Türkmənistana qeyri-neft ixracı 29,5 milyon dollara çatıb və ölkənin ümumi qeyri-neft ixracının 1,68 faizini təşkil edib. Türkmənistan Azərbaycanın qeyri-neft məhsullarının ilk 10 idxalçısı sırasında yer alıb.

Xəzər iqtisadi inteqrasiyasının əsas sütunlarından biri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Hazırda dəhliz hissə-hissə işlək vəziyyətdədir. Azərbaycan ərazisində dəmir yolu seqmenti fəaliyyət göstərir, İran–Azərbaycan sərhədində Astarada tikilən yük terminalının işləri 75 faiz tamamlanıb. Rəşt-Astara dəmir yolu xəttinin uzunluğu 162 kilometrdir və son yeddi ay ərzində 70 kilometrlik hissəsi istifadəyə verilib, hazırda yalnız 70 kilometrlik seqment qalıb ki, İran hökuməti yaxın dörd ay ərzində xəttin tam istifadəyə verilməsini planlaşdırır. Layihə mərhələli şəkildə icra olunur, rels qurğusunun quraşdırılması üçün hazırlıq işləri paralel aparılır və Rusiya ilə müqavilə bağlamış podratçı şirkət xəttin tam istifadəyə verilməsindən sonra növbəti mərhələyə keçəcək. Bu tikinti layihəsinin ümumi müddəti üç il olaraq planlaşdırılıb və Şimal–Cənub dəhlizi çərçivəsində yük daşımalarının sürət və xərclərinin optimallaşdırılmasına xidmət edəcək.

Azərbaycan və İran arasındakı digər strateji layihə isə Kəlalə–Ağbənd sərhəd keçididir. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib ki, körpü 2025-ci ilin sonuna qədər başa çatacaq və 2026-cı ilin mart ayında istifadəyə veriləcək. Yeni sərhəd keçidi gömrük və sərhəd mühafizə binası ilə birlikdə işləyəcək, iqtisadi mübadiləni asanlaşdıracaq, ticarət trafikini artıracaq və sərhədyanı bölgələrin iqtisadi imkanlarından daha effektiv istifadəni təmin edəcək. Səfir, həmçinin Rəşt–Astara dəmir yolu layihəsinin tamamlanmasının Şimal–Cənub dəhlizi çərçivəsində yük daşımalarını sürətləndirəcəyini, Çabahar limanı və Qəzvin–Rəşt–Astara marşrutunun isə Hindistan və Cənub–Şərqi Asiyadan malların Şimali Avropaya daşınmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Xəzərdə ən böyük və müasir yük mərkəzi kimi çıxış edir. Limanın illik yük aşırma qabiliyyəti hazırda 15 milyon ton, gələcəkdə isə 25 milyon ton diapazonuna yüksəldilməsi planlaşdırılır. Ələt limanı Şimal–Cənub dəhlizinin kritik həlqəsi olaraq həm Rusiya və İran, həm də Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirir.

Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçirilir. Görüşdə Xəzəryanı dövlətlər olan Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri iştirak edirlər. Görüşün məqsədi qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, Şimal–Cənub nəqliyyat və tranzit dəhlizində daşımalar, Balıqçılıq və Xəzər dənizinin ekosistemi, ekologiya problemləri, Qarşılıqlı sərmayə yatırımları və sairə məsələləri müzakirə etməkdir.

Xəzər dənizi Xəzəryanı ölkələri birləşdirir. Dəniz yolu vasitəsilə daşımalar gündən-günə artmaqdadır. Rusiya ilə İran arasında daşımaların müəyyən hissəsi dəniz vasitəsilə həyata keçirilir. Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında da daşımaları dəniz donanması vasitəsilə həyata keçirməklə Orta dəhlizin gücünü artırır. Təbii ki, müzakirə olunan mövzulardan biri də Xəzər dənizin dayazlaşması ilə bağlı problem olacaqdır. Çünki Xəzər dənizin dayazlaşması dəniz gəmiçiliyin naviqasiyasını çətinləşdirir. Belə ki, ağır tonnajlı gəmilərin sahilə yan almasında problemlər yaranır. Ona görə də Xəzəryanı ölkələr Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üçün səfərbər olunmalıdırlar.

Digər bir məsələ Xəzərin ekosisteminin qorunmasıdır. Xəzərə təsirlərin artması və həm də dayazlaşması ekosistemini pozur. Bu da Xəzərdə balıqların populyasiyasına öz mənfi təsirini göstərir. Son vaxtlar Xəzərdə nərə balıqların kəskin azalması, suitilərin və balıqların kütləvi tələf olunması halları tez-tez baş verir. Bu baxımdan, Xəzərin ekosisteminin qorunması sahilyanı ölkələri narahat edən məsələdir və bu məsələ müzakirə olunaraq ümumi qərarların qəbul edilməsi vacibdir.

Təbii ki, digər bir məsələ Şimal–Cənub nəqliyyat dəhlizində quru yolla daşınmaların həyata keçirilməsidir. Bu dəhlizin üzərində əsas aktor Azərbaycandır. Azərbaycan Xəzəryanı ölkə olaraq həm dəniz, həm də quru yolla dəhlizlərin formalaşmasında və nəqliyyat tranzit daşımaların həyata keçirilməsini formalaşdıraraq yeni imkanlar açmışdır. Xəzər dənizi həm də Mərkəzi Asiya ilə Azərbaycan arasında rəqəmsal və yaşıl dəhlizlərin yaradılmasını aktuallaşdırıb. Ümumi şəkildə qeyd edə bilərik ki, Azərbaycan Xəzəryanı ölkələr üçün yük, rəqəmsal və enerji dəhlizləri yaratmaqla haba çevrilmişdir. Rəştdə baş tutan görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaqdır. Təbii ki, burada ticari-iqtisadi əməkdaşlıq da vacib istiqamətdir. Təəssüf ki, Xəzəryanı ölkələr öz aralarında geniş ticari iqtisadi əməkdaşlıq qura bilməyiblər. Amma potensial çox böyükdür. Bu baxımdan, belə görüşlər keçirilməklə yeni əməkdaşlıq potensialları üzə çıxarılır və ölkələrin bir-birinə inteqrasiyanı artırmaqla qarşılıqlı fayda və hörmət əsasında münasibətlər dərinləşdirilir. Bu baxımdan, Xəzər dənizi sahilyanı ölkələr qarşısında dayanmış yeni çağırışlar və imkanların reallaşdırılması bütün tərəflərə faydalar gətirir.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri