Azərbaycan ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək AÇIQLAMA
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində çıxışı zamanı Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırması ilə yanaşı, neft məhsullarının ixracının həyata keçirildiyini və hazırda ticarət əlaqələrinin genişləndirildiyini bildirib".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, regionda yaranan yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat, eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb:
"İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. ABŞ vitse-prezidentinin regiona səfərindən sonra Ermənistan ərazisini əhatə edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) ilə bağlı işlərin sürətlənəcəyi gözlənilir. Zəngəzur dəhlizinin bir elementi olacaq TRİPP-in inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək.
15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















