Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 sentyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazovla Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke arasında görüş keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin və Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfər zamanı əldə olunmuş razılaşmaların enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Görüşdə Azərbaycan qazının Almaniyaya tədarükü, ölkəmizin bərpaolunan enerji potensialı, elektrik şəbəkəsinin gücləndirilməsi və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə yaşıl enerjinin Avropaya ixracı perspektivləri müzakirə olunub. Enerji təhlükəsizliyi, enerji keçidi, neft-qaz, bərpaolunan enerji və enerji səmərəliliyi də daxil olmaqla bütün əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















