Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 may, AZƏRTAC
Bakıda Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu” keçirilir.
AZƏRTAC xəbər verir ki, forum çərçivəsində ümumi müzakirələrlə yanaşı, ikitərəfli görüşlər də təşkil olunur, fikir mübadiləsi aparılır. Belə görüşlərdən biri də “Azərpoçt” və Gürcüstan Poçtu arasında reallaşıb.
Görüşdə iştirak edən “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə və Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq əlaqələr ofisinin rəhbəri Nugzar Bregvadze arasında iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub. Gələcəyə doğru elektron kommersiya bağlamaların çatdırılması üzrə təcrübələrin və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması, eləcə də Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 May 2025 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















