Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İrakli Kobaxidzenin və Azərbaycanın Baş nazirinin həmsədrliyi ilə cari ilin yanvarında keçirilmiş Gürcüstan və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub. Əməkdaşlığın dərinləşməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətinə də diqqət yetirilib.
Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinin təşviqini müzakirə ediblər.
Görüşdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin edilməsinə töhfə verməyə hazırdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 11 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















