Azərbaycan ilə İsrail arasında sənəd imzalanacaq
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanacaq.
Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində imzalanacaq.
Sənədi Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman imzalayacaq.
Bu sənədlə iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında fikir mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Xatırladaq ki, bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Baxış sayı:20
Bu xəbər 26 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















