Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə FPV dronları vasitəsilə Moskvanın raketdən müdafiə sisteminin əsas elementlərindən birinə və elektrik enerjisi obyektinə hücum hazırlamaqda şübhəli bilinən Qafqazdan olan iki nəfəri saxlayıblar.
Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Federal Təhlükəsizlik Xidməti 1991-ci il və 1998-ci il təvəllüdlü, Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri olan və terror aktına hazırlıqda iştirak edən Cənubi Qafqazdan olan iki nəfərin təxribat fəaliyyətinin qarşısını alıb”, – məlumatda bildirilib.
FTX-nin məlumatına görə, şübhəlilər gizli yerlərdən götürdükləri zərbə dronlarını işə salınmaq üçün Moskva vilayətinə çatdırmalı və uçuşdan əvvəl aktivləşdirməli idilər. Dronların sonrakı idarəetməsinin Ukrayna ərazisindən məsafədən həyata keçirilməsi nəzərdə tutulub.
"Elektrik enerjisi obyektinə, eləcə də Moskvanın raketdən müdafiə sisteminin əsas elementlərindən birinə qarşı terror aktına hazırlıq mərhələsində şübhəlilər FTX əməkdaşları tərəfindən saxlanılıblar”, – qurumdan bildirilib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















