Icma.az
close
up
RU
Azərbaycan ilə Müqəddəs TaxtTac arasında çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub AZƏRTAC

Azərbaycan ilə Müqəddəs TaxtTac arasında çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər arasında keçirilən təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfər və təmasların dinamikasında müşahidə olunan artımın məmnunluq doğurduğu, Azərbaycan ilə Müqəddəs Taxt-Tacın siyasi, mədəni, humanitar sahələrdə mövcud əməkdaşlığına ciddi töhfə verdiyi vurğulanıb. Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin üçün əhəmiyyəti məmnunluqla qeyd edilib. Roma Papası II İoann Pavelin 2002-vi ildə, Papa Fransiskin 2016-cı ildə ölkəmizə səfərləri xatırlanıb, qarşılıqlı səfərlərin davamlı olacağına inam ifadə edilib.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun dünyanın bir çox bölgələrində, o cümlədən Müqəddəs Taxt-Tac ərazisində yerləşən beynəlxalq əhəmiyyətli mədəni abidələrin bərpasında fəal iştirakının təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Görülən tədbirlərin ölkəmizin multikulturalizmin təşviqi sahəsində mövcud təcrübə və fəaliyyətinin davamı olduğu bildirilib, bu istiqamətdə, həmçinin Müqəddəs Taxt-Tacla əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğumuz diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi cari ildə ölkəmizdə COP29-un nəticələri barədə ətraflı məlumatlandıraraq, Azərbaycanın sədrliyi ilə uğurla həyata keçirilən konfrans çərçivəsində bir sıra vacib tədbir və təşəbbüslər ilə yanaşı, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin təşkil edildiyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyətindən, delimitasiya komissiyaları tərəfindən aparılan iş barədə ətraflı bəhs edilib. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsi istiqamətində vacib irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlandırılmasının regional sülh və təhlükəsizliyə təhdid törətdiyi vurğulanıb.

Arxiyepiskop Paul Riçard Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin təqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətə çatdırıb, kilsənin inşasına yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri