Icma.az
close
up
RU
Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 22 iyun, Günel Karatepe, AZƏRTAC

İyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazirlər Azərbaycan ilə Somali arasında siyasi münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Hər iki tərəf siyasi dialoqu intensivləşdirməyin, ticarət iqtisadi əlaqələri genişləndirməyin, bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığı dərinləşdirməyin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT, Qoşulmama Hərəkatı və BMT çərçivəsində Somalinin fəal mövqeyini yüksək qiymətləndirib, İslam dünyasının birliyi naminə qarşılıqlı dəstəyin mühüm olduğunu qeyd edib.

Azərbaycanın humanitar və inkişaf layihələrində, o cümlədən təhsil qrantlarında Somalinin iştirakının vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın ASAN xidmət təcrübəsindən Somalinin faydalanmaq niyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri