Icma.az
close
up
RU
Azərbaycan ilə Yaponiya arasında Dövlət Komissiyasının iclası keçirilib

Azərbaycan ilə Yaponiya arasında Dövlət Komissiyasının iclası keçirilib

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İclasda hər iki ölkənin bir sıra dövlət qurumlarının və özəl sektorların nümayəndələri iştirak ediblər. Əvvəlcə 12-ci birgə iclasın həmsədrləri - Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud və perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sonra Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü olub.
İclasda Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu, ölkələrimizin əlaqələrinin müxtəlif sahələrdə qarşılıqlı anlaşma və hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, Azərbaycan ilə Yaponiya arasında iqtisadi, sosial və humanitar sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrinin formalaşdığı diqqətə çatdırılıb.
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində ötən illər ərzində görülən işlər qeyd olunub. Yaponiyanın Azərbaycanın enerji sektorunda mühüm tərəfdaş və xarici investorlardan biri olduğu vurğulanıb.
Azərbaycanda xarici şirkətlərin uğurlu fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub. Ölkələrimizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, infrastruktur, rabitə və yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.
Tranzit ölkə kimi Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan rolu xüsusi vurğulanıb. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub arasında etibarlı tranzit körpü rolunu oynadığı bildirilib. Ölkəmizin Ələt Beynəlxalq Ticarət Limanı, müasir dəmir yolu xətləri, beynəlxalq hava limanları və yol infrastrukturu ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.
İclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrindən bəhs olunub. Zəngin təbii ehtiyatlara, yaşıl enerji potensialına, inkişaf etməkdə olan infrastruktura və biznes üçün cəlbedici dövlət güzəştlərinə malik olan azad olunmuş ərazilərin xarici sərmayədarlar üçün əlverişli perspektivlər vəd etdiyi bildirilib. Bu xüsusda, Yaponiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan geniş investisiya imkanlarını araşdırmağa dəvət olunublar.
Ölkələrimizin enerji sektorundakı əməkdaşlığı məmnunluqla qeyd olunub, ITOCHU və INPEX şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və Bakı–Tbilisi–Ceyhan layihələrində mühüm tərəfdaş kimi iştirakı qeyd edilib. Ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə məlumat verilib, enerji keçidi və dekarbonizasiya sahələrində Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb.
Ötən il Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29-a uğurla ev sahibliyi etdiyi bildirilib, Yaponiya nümayəndə heyətinin konfransın işinə dəstəyi yüksək dəyərləndirilib. İclasda, həmçinin rəqəmsal texnologiyaların və innovativ həllərin iqtisadiyyata tətbiqi və inteqrasiyası üzrə Yaponiya şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Osakada keçiriləcək EXPO sərgisində Azərbaycanın milli pavilyon ilə təmsil olunmasının və bu kimi mədəni və iqtisadi mübadilələrin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.
Daha sonra Azərbaycanın və Yaponiyanın müvafiq qurumları tərəfindən təqdimatlar edilib. Təqdimatlarda Azərbaycandakı əlverişli investisiya mühiti, Azərbaycan İnvestisiya Holdinqinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin, “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri, SOCAR ilə Yaponiya şirkətlərinin “Upstream” əməliyyatları üzrə əməkdaşlığı, TEPSCO şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumatlar verilib.
Sonda Rövşən Nəcəf və Tetsuya Yamada Yaponiya və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclasının və Yaponiya–Azərbaycan İqtisadi Komitəsinin Protokolunu imzalayıblar.
İclas çərçivəsində, həmçinin Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Tairiku Trading şirkəti arasında sənəd imzalanıb.
AzVision.az Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri