Icma.az
close
up
RU
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 sentyabr, AZƏRTAC

Tokio şəhərində Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü keçirilib.

AZƏRTAC SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, iclasda hər iki ölkənin bir sıra dövlət qurumlarının və özəl sektorların nümayəndələri iştirak ediblər.

Əvvəlcə 12-ci birgə iclasın həmsədrləri - Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və ITOCHU Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud və perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Sonra Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası və Azərbaycan–Yaponiya İqtisadi Komitəsinin görüşü olub. İclasda Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu, ölkələrimizin əlaqələrinin müxtəlif sahələrdə qarşılıqlı anlaşma və hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, Azərbaycan ilə Yaponiya arasında iqtisadi, sosial və humanitar sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrinin formalaşdığı diqqətə çatdırılıb.

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində ötən illər ərzində görülən işlər qeyd olunub. Yaponiyanın Azərbaycanın enerji sektorunda mühüm tərəfdaş və xarici investorlardan biri olduğu vurğulanıb.

Azərbaycanda xarici şirkətlərin uğurlu fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub. Ölkələrimizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, infrastruktur, rabitə və yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Tranzit ölkə kimi Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan rolu xüsusi vurğulanıb. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub arasında etibarlı tranzit körpü rolunu oynadığı bildirilib. Ölkəmizin Ələt Beynəlxalq Ticarət Limanı, müasir dəmir yolu xətləri, beynəlxalq hava limanları və yol infrastrukturu ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.

İclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrindən bəhs olunub. Zəngin təbii ehtiyatlara, yaşıl enerji potensialına, inkişaf etməkdə olan infrastruktura və biznes üçün cəlbedici dövlət güzəştlərinə malik olan azad olunmuş ərazilərin xarici sərmayədarlar üçün əlverişli perspektivlər vəd etdiyi bildirilib. Bu xüsusda, Yaponiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan geniş investisiya imkanlarını araşdırmağa dəvət olunublar.

Ölkələrimizin enerji sektorundakı əməkdaşlığı məmnunluqla qeyd olunub, ITOCHU və INPEX şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və Bakı–Tbilisi–Ceyhan layihələrində mühüm tərəfdaş kimi iştirakı qeyd edilib. Ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə məlumat verilib, enerji keçidi və dekarbonizasiya sahələrində Yaponiya şirkətləri ilə əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb.

Ötən il Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29-a uğurla ev sahibliyi etdiyi bildirilib, Yaponiya nümayəndə heyətinin konfransın işinə dəstəyi yüksək dəyərləndirilib. İclasda, həmçinin rəqəmsal texnologiyaların və innovativ həllərin iqtisadiyyata tətbiqi və inteqrasiyası üzrə Yaponiya şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Osakada keçiriləcək EXPO sərgisində Azərbaycanın milli pavilyon ilə təmsil olunmasının və bu kimi mədəni və iqtisadi mübadilələrin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

Daha sonra Azərbaycanın və Yaponiyanın müvafiq qurumları tərəfindən təqdimatlar edilib. Təqdimatlarda Azərbaycandakı əlverişli investisiya mühiti, Azərbaycan İnvestisiya Holdinqinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin, “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri, SOCAR ilə Yaponiya şirkətlərinin “Upstream” əməliyyatları üzrə əməkdaşlığı, TEPSCO şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumatlar verilib.

Sonda Rövşən Nəcəf və Tetsuya Yamada Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclasının və Yaponiya–Azərbaycan İqtisadi Komitəsinin Protokolunu imzalayıblar.

İclas çərçivəsində, həmçinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Yaponiya Biznes Assosiasiyası ROTOBO arasında Əməkdaşlıq Memorandumu və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Tairiku Trading şirkəti arasında sənəd imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri