Icma.az
close
up
RU
Təyyarə qəzasının səbəblərini araşdıran Dövlət Komissiyasının iclası keçirilib

Təyyarə qəzasının səbəblərini araşdıran Dövlət Komissiyasının iclası keçirilib

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib.

Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirdi. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verilib.

Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olundu. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verildi.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar​ xətt”​ vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edildi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verildi.

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirildi.

Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulandı. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Dekabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri