Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Nyu-York şəhərində Uşaq Hüquqları haqqında Konvensiyaya tərəf dövlətlərin 21-ci iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib.
Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Ciddi beynəlxalq rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 16 ölkədən olan namizədlər Komitədə mövcud 9 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Esseks Universiteninin doktorantı Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
Beləliklə, Azərbaycan vətəndaşı ilk dəfə olaraq sözügedən komitədə təmsil olunacaq.
BMT-nin Uşaq Hüquqları Komitəsi 1989-cu il Uşaq Hüquqları haqqında Konvensiyanın icrasına nəzarət edən nüfuzlu müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 18 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 İyun 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















