Icma.az
close
up
RU
Azərbaycan interneti Rusiyanın əlində… Bizi hansı təhlükə gözləyir?

Azərbaycan interneti Rusiyanın əlində… Bizi hansı təhlükə gözləyir?

Icma.az bildirir, Tribuna portalına istinadən.

Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır. Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artmasından dolayı yaranan gərginlik təkcə siyasi, iqtisadi və diplomatik sahədə yox, rəqəmsal müstəvidə də ciddi risklər yarada bilər. Əminliklə demək olar ki, bu, daha çox özünü Azərbaycan internetinin dayanıqlığında göstərəcək.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. Onun fikrincə, Azərbaycanın magistral internet bağlantıları əsasən Türkiyə-Gürcüstan, Avropa–Gürcüstan, Rusiya və İran üzərindən ölkəyə daxil olur. Yəni Azərbaycan interneti bu magistrallar üzərində “oturub”:

“Ölkəyə daxil olan trafikin yarıdan çoxu isə hələ də Rusiya üzərindəndir. Yəni ən böyük trafik asılılığı Rusiya istiqamətindədir.

Fikrimcə son zamanlar baş verənlər göstərir ki, Azərbaycan interneti və ümumiyyətlə informasiya məkanımızla bağlı Rusiya və İran tərəfdən təhdidlər və risklər xeyli güclənəcək.

Rusiya Azərbaycan internetinə müdaxilələr edə bilər, fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla bilər, həmçinin də filtrasiya və bloklanma kimi trafikə süni məhdudiyyətlər tətbiq edə bilər. Belə risklər qaçılmazdır.

Düşünürəm ki, bu riskləri azaltmaq və onlardan yayınmaq üçün İnternet marşrutlarının diversifikasiyasını sürətləndirmək lazımdır. Azərbaycan üçün ən etibarlı ola biləcək Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır”.

O.Gündüz bildirib ki, Qara Dənizin dibi ilə trafik gətirən fiber-optik xəttə sahibliklə bağlı AzerTelecom şirkətinin Caucasus Online ilə anlaşmasına Gürcüstan hökuməti tərəfindən qoyulan bloklanmanı aradan qaldırmaq üçün Azərbaycan hökuməti səylərini gücləndiriməlidir:

“Az domeni ilə bağlı problemi İKTA hələ də həll edə bilməyib. DNS xidmətləri ölkə daxilində yerləşdirilməlidir.
DTX Az domeni ilə bağlı infrastrukturu kritik elan etməlidir. Amma görünən odur ki hələlik bu istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur.

Düşünürəm ki, indiki anda kritik dövlət və özəl sektor üçün, vacib olan media saytları üçün ehtiyat internet bağlantılar yaradılmalıdır.
Bu tip qurumların internet bağlantıları mütləq olaraq hər üç magistral provayder üzərindən olmalıdır.
Magistral operatorlarımız – AzerTelecom, Delta Telecom və Aztelekom Azərbaycan internetinin dayanıqlığı və informasiya sahəsində milli təhlükəsizliyimiz üçün daha çevik, əlaqələndirilmiş formada və ehtiyatlı davranmalıdırlar.
Trafik marşrutlarının diversifikasiyası, kritik infrastrukturun daxili ehtiyatlarla təmin edilməsi və xarici təsirlərə qarşı monitorinq sistemlərinin gücləndirilməsi bu mərhələdə ən vacib addımlardır.

Ümumiyyətlə, dünyada və regionda gedən proseslər göstərir ki, ölkədə milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunması daha məqsədəuyğun olardı”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see1967

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see241

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see213

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see210

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see187

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see186

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see163

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see153

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see151

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see150

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see134

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri