Azərbaycan iqtisadiyyatı 1 % dən çox böyüyüb
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 95 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul istehsal olunub.
Missiya.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 % azalmış, qeyri neft-qaz sektorunda isə 2,9 % artmışdır.
ÜDM istehsalının 34,2 %i sənaye, 10,5 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 %i nəqliyyat və anbar təsərrüfatı, 6,8 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 %i tikinti, 2,8 %i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %i informasiya və rabitə sahələrinin, 20,7 %i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %ini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olmuşdur.

